XİN: Azərbaycan TDT çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə sadiqdir
Icma.az, Operativ MM saytına istinadən bildirir.
Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə sadiqdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə "X" hesabındakı postunda qeyd olunub.
"3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə qardaş türk dövlətlərini səmimi qəlbdən təbrik edirik. Təşkilatımızın təməlinin qoyulduğu Naxçıvan Sazişinin imzalandığı bu əlamətdar gün, ortaq tarix, dil və mədəniyyətə əsaslanan Türk dünyasının həmrəyliyinin və birliyinin təntənəsidir. Azərbaycan qardaş ölkələrlə birgə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə və ortaq gələcəyimizin qurulmasına sadiqdir. Türk birliyi – güc, sabitlik və rifah mənbəyidir!" - paylaşımda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Oktyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















