Mahir bizə təklifinin olduğunu deyib, amma... Miroslav Kloze
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı futbolçusu Mahir Emrelinin iş yerini dəyişmək üzrə olduğunu təsdiqləyib.
Fanat.Az xəbər verir ki, O, 27 yaşlı hücumçunun komandadan ayrılmaq ehtimalının olduğunu bildirib:
"Mahirin başqa klubların maraq dairəsində olduğunu bilirik. Bu məsələni necə həll edəcəyimizi düşünürük. Onunla ətraflı söhbət etmişik. Özüm futbol oynamışam, transfer pəncərəsi açıq olduqca, hər oyunçuya təklif gələ bilər. Mahir özü də bizə təklifinin olduğunu deyib, amma rəsmi bir şey yoxdur".
46 yaşlı mütəxəssis Emrelinin "Dinamo"dan (Zaqreb, Xorvatiya) "Nürnberq"ə transferindən sonra onunla xüsusu proqramlar çərçivəsində çalışdığını bildirib:
"O, komandaya yeni gələndə çox yaxşı ünsiyyətimiz oldu və xüsusi məşqlər etdik. Bir müddət sonra yaxşı formaya düşdü və qarşılaşmalar zaman üstün performans sərgilədiyini söyləyə bilərəm".
Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə transfer olunan Mahir Emreli Cənubi Koreyanın "Seul" klubunun diqqət mərkəzindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Fevral 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















