Icma.az
close
up
RU
Mahir Şükürov Kurban Berdiyevə dəstək istəyir: “Neftçi” bu mövsüm də avrokuboka düşə bilməyəcək”

Mahir Şükürov Kurban Berdiyevə dəstək istəyir: “Neftçi” bu mövsüm də avrokuboka düşə bilməyəcək”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi” barədə danışmaq istəmirəm. Bu mövsüm də avrokuboklara vəsiqə qazana bilməyəcəklər. Klub elə bir vəziyyətə salınıb ki, flaqman anlayışından əsər-əlamət qalmayıb. Azarkeşdən tutmuş mütəxəssislərə qədər kimdən soruşsan ki, səncə avrokuboklara hansı komandalar gedəcək, ilk dördlükdə heç kim “Neftçi”nin adını çəkmir. Klubda çalışanların böyük əksəriyyətinin futboldan anlayışı yoxdur”.

Bu sözləri milli komandamızın və “Neftçi”nin sabiq üzvü Mahir Şükürov deyib.

Keçmiş müdafiəçi bildirib ki, “Neftçi” mövsümün ilk yarısında çoxlu xal itirib:

“Buna baxmayaraq, azarkeşlər evdə və səfərdə heç bir oyunda komandanı tək qoymadılar. Təəssüf ki, futbolçular azarkeşlərin gözlədiyi oyunu ortaya qoya bilmədilər. Öz adımdan “Forza Neftçi”yə təşəkkür edirəm. Soyuq, qar, yağış demədən hər zaman dəstəklərini göstəriblər. Onlar da hər şeyin fərqindədirlər, klubda heç nəyin düzgün işləmədiyini görürlər. Ciddi dəyişikliklər olmasa, irəliləyiş gözləmək çətindir”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.

M.Şükürov “Sabah”ın çıxışına da toxunub:

“Sabah” mövsümə yaxşı start verdi. Avrokuboklardakı nəticədən sonra tamamilə çempionata kökləndilər. Qış fasiləsinə isə “Qarabağ” üzərindəki qələbədən sonra lider kimi yollandılar. Bu komanda həmişə “Qarabağ”a qarşı xüsusi motivasiya ilə oynayır. Əsas sual ikinci yarıda da bu performansı davam etdirə biləcəkləri ilə bağlıdır. Eyni təzyiq və istəklə oynasalar, avrokuboklar üçün müəyyən ümidlər ola bilər”.

Sabiq futbolçu “Qarabağ”da həm fiziki, həm də psixoloji yorğunluğun hiss olunduğunu qeyd edib:

“Komanda eyni vaxtda üç cəbhədə mübarizə aparır. Bu da təbii olaraq futbolçular üzərində ciddi yük yaradır. Heyət elə geniş deyil ki, daim eyni səviyyədə alternativlərdən istifadə edilsin. Futbolçular həm psixoloji təzyiq, həm də fiziki yorğunluq yaşayırdılar. Belə vəziyyətdə düzgün yanaşma və effektiv istifadə vacibdir. “Qarabağ” hər zaman çempionluğa oynayan komandadır. Qısa istirahətdən sonra bu basqını üzərlərindən atacaqlar. İkinci yarıda bizi maraqlı çempionat gözləyir”.

“Turan Tovuz”la bağlı fikirlərini bölüşən M.Şükürov bildirib:

“Bu komandanın əsas səhvi ev oyunlarında çox xal itirməsidir. Büdcə baxımından özündən zəif rəqiblərə qarşı mütləq xal toplamalısan ki, yuxarı pillələrdəki komandalara uduzanda balansı qoruya biləsən. Elə mənasız oyunlarda xal itiriblər ki, baxanda adam təəssüflənir. O səhvlər olmasaydı, bəlkə də qış fasiləsinə lider kimi yollanardılar. Stabil çıxış edə bilmirlər, büdcə də elə güclü deyil. Yaxşı transferlər olsa, inkişaf mümkündür. Kurban Berdiyevin futbol fəlsəfəsini hamımız bilirik. Onun gəlişi olmasaydı, “Turan Tovuz”a bu qədər maraq və büdcə ayrılmazdı, hətta Kürdəxanıdakı baza da tikilməzdi. Azarkeşlər məşqçiyə dəstək olmalı və gələcəyi onunla görməlidirlər. “Qarabağ”, “Sabah” və “Neftçi”yə ayrılan büdcəni Kurban Berdiyevə versən, o da çempionluğa oynayar”.

Mahir Şükürov “Araz-Naxçıvan”dakı baş məşqçi dəyişikliyini gözləmədiyini söyləyib:

“Elmar Baxşıyevin göndərilməsi mənim üçün gözlənilməz oldu. Klubda yaxşı işlər görmüşdü, bu mövsüm də çıxışları pis deyildi. İstədiyi futbolçuları alsaydılar, daha da irəli gedə bilərdilər. Sadəcə rəhbərliyin qərarı belə oldu. İndi əsas sual yeni məşqçi Andrey Demçenkonun nəyi dəyişəcəyi ilə bağlıdır. Əgər nəticə verməsə, nə olacaq? Elmar Baxşıyev bəlkə bu mövsüm də komandanı avrokuboklara aparacaqdı. Axı, ötən mövsüm bunu bacarmışdı. O, həm heyəti, həm də çempionatı yaxşı tanıyırdı. Yeni məşqçi üçün adaptasiya dövrü çətin olacaq”.

“Zirə”nin stabil oyununu da vurğulayan sabiq futbolçu bildirib ki, komanda son turlarda özünü çətin vəziyyətə salsa da, ikinci yarıda səhvləri təkrarlamazsa, yenə Avropaya yollananlar arasında olacaq.

Mahir Şükürov “Sumqayıt” barədə danışarkən qeyd edib ki, Saşa İliç komandanın nəbzini tuta bilib və ikinci yarıda daha əzmkar çıxış etsələr, nəticə qazana bilərlər.

M.Şükürov “Şamaxı” ilə bağlı isə o bunları deyib:

“Gənc futbolçulardan ibarət komandadır. Hər il olduğu kimi çıxış edirlər. Əsas üstünlükləri milli komanda üçün futbolçu yetişdirmələridir”.

“Kəpəz” mövzusuna toxunan M.Şükürov bildirib ki, Adil Şükürovun bu komandada uğursuz olacağını əvvəlcədən deyibmiş:

“Daha əvvəl də yoxlanılmışdı və alınmamışdı. Azər Bağırovu göndərmək çox yanlış qərar idi. Premyer Liqada komandanı saxlayan məhz o idi. Məncə, bu mövsüm də eyni işi bacaracaq”.

M.Şükürov “İmişli”dən belə çıxış gözləmirmiş:

“Düzü, bu cür başlanğıc gözləmirdim. Öz stadionlarında oynasalar, daha da yaxşı nəticə göstərərlər. Məncə, bu mövsüm liqada qalacaqlar və rəhbərlik də bunu nəzərə alıb büdcəni artıracaq”.

Sonda Mahir Şükürov autsayderlər barədə fikrini bölüşüb:

“Sonuncu pillədən qurtulmaq uğrunda mübarizə əsasən “Karvan-Yevlax” və “Qəbələ” arasında gedəcək. Hansı daha diqqətli oynasa, elitada qalacaq”.

O, ümumilikdə Premyer Liqada mövcud problemlərə də toxunub:

“Elitada çıxış etsələr də, bəzi klublarda stadion və maliyyə problemləri var. Özəl sponsorlar cəlb olunmalıdır ki, büdcələr artsın və keyfiyyətli futbolçular transfer edilsin. Dövlətin ayırdığı vəsait kifayət etmir. Hamımız eşidirik və görürük ki, bəzi klublar maaş və mükafatları vaxtında verə bilmir. Bu isə ciddi çətinliklər yaradır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri