Icma.az
close
up
RU
Mahmud Abbasın planı qeyri müəyyəndir: Qəzza hələ də HƏMAS ın təsiri altındadır

Mahmud Abbasın planı qeyri müəyyəndir: Qəzza hələ də HƏMAS ın təsiri altındadır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Asif Nərimanlı: İsrail üçün Abbas HƏMAS-dan daha real aktordur

Yaxın Şərqdə baş verən son hadisələr fonunda Qəzza zolağının gələcək idarəçiliyi yenidən beynəlxalq gündəmə çıxıb. Fələstin Milli Administrasiyasının sədri Mahmud Abbasın Qəzzanı idarə etməyə hazır olduğunu bəyan etməsi bu istiqamətdə diqqət çəkən inkişaflardan biridir. “The Jerusalem Post” nəşrinin məlumatına görə Abbas bu prosesi təkbaşına deyil, beynəlxalq tərəfdaşların dəstəyi ilə həyata keçirməyə açıq olduğunu bildirib. Eyni zamanda o, İsraili Fələstin dövlətinin qurulmasına mane olmaqda və “bütün Fələstini məhv etməyə çalışmaqda” ittiham edib. Bu açıqlamalar həm bölgədəki güc mübarizəsinin yeni mərhələyə keçdiyini göstərir, həm də Qəzzanın siyasi taleyi ilə bağlı mövcud ssenariləri daha da aktuallaşdırır. Lakin yerli əhali arasında Abbas rəhbərliyinə olan zəif dəstək və HƏMAS-ın davam edən təsiri bu prosesin reallaşmasını qeyri-müəyyən vəziyyətdə saxlayır.


Siyasi şərhçi Asif Nərimanlı Qəzzanın gələcək taleyi və Mahmud Abbas idarəçili ilə bağlı Sherg.az-a danışıb:


"Qəzza bölgəsinin Mahmud Abbasın idarəçiliyinə verilməsi məsələsi daha əvvəl də gündəmə gəlmişdi. Qəzza müharibəsinin ilk mərhələsində ssenarilərdən biri HƏMAS-ın tamamilə neytrallaşdırılması və bölgənin Fələstin Muxtariyyətinin, yəni Mahmud Abbas rəhbərliyinin nəzarətinə verilməsi idi. Bu variant İsrail üçün də cəlbedici görünürdü. Çünki Mahmud Abbas hökuməti HƏMAS-la müqayisədə daha real və legitim siyasi aktor kimi qiymətləndirilir. İsrail bu rəhbərliklə işləməyi daha asan və münasib hesab edir. HƏMAS isə radikal təşkilat sayılır və İsrail onu birbaşa təhlükə kimi qəbul edir. Mahmud Abbasın son açıqlamaları həmin ssenarinin yenidən gündəmə gəlməsi kimi qiymətləndirilə bilər. Bu mövzunun yenidən aktuallaşmasının arxasında pərdəarxası diplomatik proseslərin olması da mümkündür. Çünki İsrail hələlik Qəzzada tam istədiyinə nail ola bilməyib. HƏMAS-ın dirənişi, bölgə əhalisinin ona dəstəyi və xüsusilə də ABŞ kimi əsas müttəfiqin Tramp administrasiyası dövründə belə İsrailin bütün planlarına tam dəstək verməməsi bu ssenarini yenidən aktuallaşdıra bilər".


Siyasi şərhçi İsrailin əsas hədəfinin Qəzzanı tam nəzarət altına almaq, "iki dövlət prinsipi"ni faktiki olaraq sıradan çıxarmaq və HƏMAS-ı tamamilə zərərsizləşdirmək olduğunu söyləyib:

"Müharibə başlayandan bu məqsədlə fəaliyyət göstərsə də, hələlik bu hədəflərinə tam çatmayıb. Bunun səbəbləri var HƏMAS-ın davamlı müqaviməti, Qəzza əhalisinin ona olan dəstəyi və beynəlxalq ictimaiyyətdə yaranan fikir ayrılıqlarıdır.

Mahmud Abbas hökumətinin məqsədi İsraili bölgədən çıxarmaq və ya ona qarşı açıq mövqe tutmaq deyil, əksinə, onlar situasiyaya uyğun mövqe sərgiləyirlər. Abbas rəhbərliyi görür ki, İsrail planlarını tam həyata keçirə bilmir və beynəlxalq arenada Qəzza ilə bağlı vahid mövqe yoxdur. Buna görə də o öz rolunu ön plana çıxararaq Qəzzada nəzarəti ələ keçirmək istəyir. Bu prosesdə İsrailin də maraqlı olması mümkündür. Çünki Mahmud Abbas rəhbərliyi HƏMAS-dan fərqli olaraq İsrail üçün daha loyal və qeyri-radikal bir struktur sayılır. İsrail belə bir rəhbərliklə işləməyi daha məqsədəuyğun hesab edir. Bu səbəbdən Təl-Əviv öz hədəflərinə tam çatmadığı təqdirdə, alternativ olaraq bu varianta dəstək verə bilər.

Lakin bu ssenarinin həyata keçəcəyini demək çətindir". 


Müsahibimiz Mahmud Abbas hökumətinin Qəzzada dəstəyinin zəif olduğunu qeyd edib:

"Bölgə əhalisi müharibənin və itkilərin ağırlığına baxmayaraq, hələ də HƏMAS-ı tam tərk etməyə, Mahmud Abbas rəhbərliyini dəstəkləməyə meylli görünmür. Bu səbəbdən məsələ hələlik qeyri-müəyyən və şübhəli bir proses kimi qalır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri