Icma.az
close
up
RU
Mahmud Abbasın yaxasındakı nişan İsraili qəzəbləndirib

Mahmud Abbasın yaxasındakı nişan İsraili qəzəbləndirib

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

“Nişan yəhudi dövlətini məhv etmək istəyini ifadə edir”

İsrail Xarici İşlər Nazirliyi Fələstin Prezidenti Mahmud Abbasın BMT konfransındakı çıxışından qəzəblənib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, İsrail tərəfini qəzəbləndirən Fələstin liderinin görkəmi olub. Nazirliyin fikrincə, yaxasındakı nişan “yəhudi dövlətini məhv etmək istəyini ifadə edir”.

Sentyabrın 22-də Abbas Yaxın Şərq sülh prosesi ilə bağlı yüksək səviyyəli beynəlxalq konfransda çıxış edib. O fikirlərini videobağlantı vasitəsilə çatdırıb, çünki ABŞ ona viza verməkdən imtina edib.

Abbas çıxışı zamanı Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinə sadiqliyini vurğulayıb, Fələstinin İsraillə sülh, mehriban qonşuluq və qarşılıqlı tanınma şəraitində yaşamaq arzusunu bəyan edib və Qəzza zolağında hərbi əməliyyatların başa çatmasından sonra bir il ərzində prezident və parlament seçkiləri keçirəcəyini vəd edib.

Eyni zamanda, onun pencəyinin yaxasına 1948-1949-cu illərdə Ərəb-İsrail müharibəsi zamanı yüz minlərlə fələstinlinin qovulmasını simvolizə edən açar formalı döş nişanı sancılıb.

İsrail Xarici İşlər Nazirliyi bu detala diqqət çəkib. İsrail tərəfinin fikrincə, Fələstin Prezidenti guya “yeganə yəhudi dövlətini məhv etmək üçün 1948-ci ildə İsraili tərk etmiş ərəblərin milyonlarla nəslini İsrailə köçməyə məcbur etmək” istəyir.

"Tarix məsələsi: 1948-ci ildə ərəb dünyası İsrailə müharibə elan etdi, bundan sonra İsraili tərk edən ərəblərin sayından daha çox yəhudi ərəb ölkələrindən İsrailə qovuldu. Ərəb dövlətlərinin 1948-ci ildə gedənlərin nəslinə vətəndaşlıq verməsinin vaxtı çoxdan çatıb”, - deyə qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://ayna.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri