Icma.az
close
up
RU
Mahmud Kaşğarinin “Divanü lüğatittürk” əsərinin AMEA nəşri ilə bağlı müzakirələr aparılıb AZƏRTAC

Mahmud Kaşğarinin “Divanü lüğatittürk” əsərinin AMEA nəşri ilə bağlı müzakirələr aparılıb AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərdən biri AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin UNESCO-nun Baş Qərargahında keçirilmiş “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyi”nə həsr edilmiş beynəlxalq konfransda iştirakı ilə əlaqədar Fransaya səfərinin nəticələri haqqında olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Akademik İsa Həbibbəyli bildirib ki, Parisdə UNESCO-nun Baş Qərargahında baş tutan beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd “Divanü lüğat-it Türk”ün dünya mədəniyyətinə, eyni zamanda, türk xalqlarının dilinin inkişafı və mədəni irsinə verdiyi töhfələri və abidənin elmi mahiyyətini diqqət mərkəzinə gətirmək olub. Tədbir çərçivəsində Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin AMEA nəşrinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yenidən çap olunmuş rus dili nəşrinin təqdimatları da baş tutub.

İsa Həbibbəyli AMEA-da hazırlanan nəşrin UNESCO səviyyəsində təqdimatının keçirilməsinin Elmlər Akademiyasının 80 illik tarixindəki ən əlamətdar hadisələrdən biri olduğunu qeyd edib.

“Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın dörd bölmə üzrə təşkil olunduğunu deyən akademik İsa Həbibbəyli tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO yanında Daimi nümayəndəliklərinin, eləcə də avropalı türkoloqların iştirak etdiyini diqqətə çatdırıb.

Tədbirin dördüncü bölməsinin özünün moderatorluğunda baş tutduğunu deyən akademik İsa Həbibbəyli burada Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin AMEA-da tapılmış və Xalid Səid Xocayevə aid olan latın əlifbası ilə Azərbaycan dilinə çevrilmiş nadir əlyazmasının nəşrinin təqdimatının keçirildiyini bildirib.

Akademik İsa Həbibbəyli “Divanü lüğat-it-türk” əsərinin Parisdə təqdimatının keçirilməsinin həm də Türk dünyasına aid bir məsələnin UNESCO səviyyəsinə çıxarılması mənasına gəldiyini, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” sözlərindən irəli gələrək AMEA-da həyata keçirilən işlərin davamı olduğunu söyləyib. Həmçinin Azərbaycan elminin inkişaf səviyyəsinin Avropanın mərkəzindən, UNESCO-nun Baş Qərargahında bütün dünyaya nümayiş etdirildiyini bildirib. AMEA rəhbəri əldə olunan bu uğurun Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin nəticəsi olduğunu deyib.

Sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki, AMEA-nın Dilçilik İnstitutunun alimlərinin Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin Xalid Səid Xocayevə məxsus əlyazmasını taparaq nəşr etdirməsi Azərbaycan Milli Elmlər Akademiyasının Türk dünyasının birliyinə növbəti töhfəsidir.

Geniş məruzəsindən sonra Aktotı Raimkulova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən rus dilinə tərcümə edilmiş Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini akademik İsa Həbibbəyliyə təqdim edib.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü professor Həsən Həsənov isə çıxışında UNESCO-da Azərbaycan alimlərinin iştirakı ilə keçirilmiş tədbirin yüksək səviyyədə baş tutduğunu bildirib. Qeyd edib ki, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərcüməsinin AMEA nəşri Azərbaycan Milli Elmlər Akademiyasının Türk dünyasının elminə verdiyi ən yüksək töhfələrdən biridir. Bildirib ki, Mahmud Kaşğari “Divanü lüğat-it-türk” əsəri ilə türkologiyanın əsasını qoyub, türk xalqlarının qardaşlığına çalışıb. Vurğulayıb ki, bu gün Türk Dövlətləri Təşkilatı türk xalqlarının etnik birliyini siyasi birliyə çevirməyə çalışır və AMEA-nın sözügedən nəşri də buna xidmət edir.

Daha sonra qeyd olunan məsələ ilə əlaqədar AMEA-nın Rəyasət Heyətinin qərarı səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri