Icma.az
close
up
RU
Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Azertag saytına istinadən Icma.az xəbər verir.

Xocalı, 8 oktyabr, AZƏRTAC

Beş yaşında ayrıldığı Xocalıya 38 yaşında qayıtdı. Uşaqlığı doğma torpaqdan uzaqda keçsə də illər sonra atasının danışdığı o gözəllikləri gördü. Bu gün Mahnur Fatalıyeva üçün Xocalı sadəcə doğulduğu və uşaqlıq xatirələrinin bağlı olduğu yer deyil, ailəsi ilə birlikdə yaşadığı, övladlarının böyüdüyü doğma yurddur.

Mahnur Fatalıyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 5 yaşında ikən Xocalıdan ayrılıb. Sonrakı illərdə uşaqlığı Sabunçu rayonundakı Zuğulba Sanatoriyasında keçib. 2017-ci ildə ailə qurduqdan sonra isə Sumqayıt şəhərində yaşayıb. Uşaqkən ayrıldığı doğma yurduna 2025-ci ildə 37 yaşında qayıdıb.

Mahnur xanım deyir ki, indi onun həyatının ən doğma ünvanı Xocalının Təzəbinə kəndindəki üçotaqlı evdir: “Dövlət tərəfindən üçotaqlı evlə təmin olunmuşuq. Şəraitimiz çox gözəldir. Yayda günümüz daha xoş keçir, qonaqlarımız olur, samovar qaynadırıq. Şuşanı, Xankəndini gəzirik. Nə xoş ki, doğma yurduma yenidən qayıtmağı, o gözəlliyi görməyi Allah-təala bizə nəsib elədi”.

Müsahibimiz deyir ki, işi ilə əlaqədar Bakıya gedəndə belə Xocalı üçün darıxır. Uzun illər başqa şəhərlərdə yaşasa da, doğma torpağın yerini heç nə verməyib: “İşimiz olduğu halda Bakıya gedəndə bura üçün çox darıxıram. Yəni illərim Bakıda keçsə belə, öz vətənim üçün, öz torpağım üçün bir saat belə qala bilmirəm, darıxıram”.

Bu gün onun doğma yurda qayıdış sevincini övladları da yaşayırlar. Banu və Batuxan Xocalı şəhər 1 nömrəli məktəbdə təhsil alırlar.

Mahnurun Xocalı ilə bağlı xatirələri isə daha çox atasının danışdıqları ilə formalaşıb. O, doğma yurdun təbiətini uşaqlıqda atasının söhbətlərindən tanıyıb. Çayları, bulaqları, meşələri, dağları onun üçün illərlə bir təsəvvür olaraq qalıb. Xocalıya qayıtdıqdan sonra həmin təsəvvürlərin gerçək mənzərəsini görüb.

“Qarabağımın hər qarışı, hər şəhəri, hər kəndi çox gözəldir. Hər bir yerin özünə məxsus gözəlliyi var. Çayları, bulaqları, meşəsi, dağları... Mən atamdan hər dəfə eşidirdim buranın gözəlliklərini. Mənə həmişə maraqlı gəlirdi. Atam Qarabağın təbiətindən, havasından, suyundan danışırdı. Axır ki, özüm öz gözlərimlə gördüm. Doğrudan da, təbiəti insana hüzur verir”.

İndi Mahnur üçün atasının illər əvvəl danışdığı Xocalı artıq uzaq və əlçatmaz bir xatirə deyil. O, həmin torpaqda yaşayır, övladları burada böyüyür. Bəlkə də buna görə onun dilindən səslənən son cümlə illərlə davam edən həsrətin, qayıdışın və bu gün yaşadığı sevincin ən qısa ifadəsidir: “Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam”.

Müxbir – Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri