Icma.az
close
up
RU
Makler lərin böyük yalanı: Fundament torpağın altındadır, görünmür”

Makler lərin böyük yalanı: Fundament torpağın altındadır, görünmür”

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər Azərbaycanda fərdi yaşayış evləri bazarında təhlükəli bir tendensiya sürətlə yayılır. Xüsusilə şəhər ətrafı ərazilərdə və qəsəbələrdə bünövrəsiz evlərin tikilərək satışa çıxarılması adi hala çevrilib. Əmlakçılar tərəfindən ucuz qiymət və "yaşayışa hazır ev" vədləri ilə təqdim olunan bu tikililər, əslində, alıcılar üçün ciddi risklər yaradır.

Milli.Az xəbər verir ki, bir çox hallarda evlər heç bir mühəndis işi aparılmadan, beton fundament olmadan, birbaşa torpaq üzərində inşa edilir. Divarların altına nazik şap vurulur və bünövrə kimi təqdim olunur. Satış zamanı isə alıcılara "bu ərazidə bünövrəyə ehtiyac yoxdur" və ya "fundament torpağın altındadır, görünmür" kimi əsassız izahlar verilir.

Bünövrəsiz evlərə köçən sakinlər problemlərlə çox tez üzləşirlər. Qısa müddət sonra divarlarda çatlar yaranır, qapı və pəncərələr sıxılır, evin konstruksiyasında əyilmələr müşahidə olunur. Xüsusilə yağışlı mövsümlərdə torpağın oturması bu prosesləri daha da sürətləndirir. Bir sıra hallarda vətəndaşlar sonradan evin ümumiyyətlə bünövrəsinin olmadığını ustaların rəyi ilə öyrənirlər.

Mütəxəssislər bildirir ki, bu tip tikililər zəlzələ və torpaq hərəkəti zamanı birinci risk qrupuna daxildir. Bünövrəsiz evlər həm təhlükəsizlik baxımından, həm də uzunmüddətli istifadə üçün yararsız sayılır. Rütubət və kifin yaranması isə bu evlərdə yaşayan insanların sağlamlığına da mənfi təsir göstərir. Bundan əlavə, qanunsuz tikili statusu daşıyan bu evlər istənilən vaxt sökülə, sığorta və bank kreditlərindən kənarda qala bilər.

Problemin bu həddə çatmasının əsas səbəblərindən biri fərdi tikintilərə nəzarətin zəif olmasıdır. Qanunvericilik yaşayış evlərinin tikintisini tikinti norma və qaydalarına uyğun aparmağı tələb etsə də, praktiki nəzarət mexanizmləri yetərli deyil. Əksər hallarda aidiyyəti qurumlar yalnız şikayətdən sonra hərəkətə keçir, bu isə artıq zərərin baş verdiyi mərhələyə təsadüf edir.

Araşdırma göstərir ki, əmlak bazarında fəaliyyət göstərən bəzi vasitəçilər bu boşluqdan istifadə edərək məsuliyyətdən yayınırlar. Ekspertlərin fikrincə, vəziyyətin dəyişməsi üçün həm dövlət nəzarəti gücləndirilməli, həm də vətəndaşların maarifləndirilməsi prioritet olmalıdır. Fərdi yaşayış evlərinin alqı-satqısı zamanı müstəqil tikinti ekspertizasının tətbiqi, əmlak alverçiləri üçün hüquqi məsuliyyətin sərtləşdirilməsi və real monitorinq mexanizmlərinin yaradılması vacib hesab olunur.

Bünövrəsiz evlərin yayılması təkcə tikinti sahəsindəki problem deyil, bu, birbaşa insan təhlükəsizliyi ilə bağlı məsələdir. Ucuz qiymət cazibədar görünsə də, bu cür evlərin yaratdığı risklər sonradan daha ağır nəticələrə gətirib çıxara bilər. Problemin həlli isə yalnız faciə baş verdikdən sonra deyil, vaxtında görüləcək qabaqlayıcı tədbirlərlə mümkündür.

Mehman Əsədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Fevral 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri