Icma.az
close
up
RU
Makqreqor cinsi təcavüz işində günahsız olduğunu bir daha təsdiqləyib

Makqreqor cinsi təcavüz işində günahsız olduğunu bir daha təsdiqləyib

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İki çəkidə keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor 2024-cü ildə mülki məhkəmədə məsuliyyətə cəlb edildiyi cinsi təcavüz işində günahsız olduğunu bir daha təkrarlayıb.

İdman.Biz-in xəbərinə görə, Makqreqor mövqeyini sona qədər müdafiə etmək niyyətində olduğunu deyib.

“Mən günahsız bir insanam və son günə qədər günahsızlığımı qoruyacağam. Mübarizə aparmağa davam edirəm. Bu işin cinayət məhkəməsinə getməməsinin, mülki məhkəmədə mühakimə olunmasının bir səbəbi var. Bu, belədir. Bu, məni çox incidir. Amma mən mübarizə aparmağa davam edirəm. Həqiqəti bilirəm və bilirəm ki, yalançı dodaqlar Tanrı üçün iyrəncdir. Bilirəm ki, qaranlıqda edilən hər şey bir gün işıq üzü görəcək. Tanrıya güvənirəm və inanıram ki, o gün gələcək. Əmin ola bilərsiniz - o gün gələcək. Həqiqətən də, həqiqətən də o günü səbirsizliklə gözləyirəm.

Bilirsiniz, 2017-ci ildə iki divizionlu dünya çempionu idim və Floyd Meyvezerlə döyüşdən sonra çoxlu pul qazandım. Sonra İrlandiya viskisini buraxdım. O vaxtlar demək olar ki, içmirdim, gücümün zirvəsində olan idmançı idim. Və qarajımda minlərlə şüşə var idi. Mənə dedilər ki, “bunları sat, Konor”. Qoltuğumda iki şüşə ilə evdən çıxdım. Beləcə tutuldum. Vəziyyət belə idi. Tanrı mənə bu dərsi verdi. Mən tələyə düşdüm. Elədir. Mən Tanrıya, yoluma və həqiqətə güvənirəm. Əgər bütün dünya həqiqətə qarşıdırsa, deməli, mən bütün dünyaya qarşıyam. Mən də elə buradayam”, - deyə Makqreqor MMA Junkie-yə bildirib.

12 iyul gecəsi ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “UFC 329”un əsas qarşılaşmasında Makqreqor keçmiş UFC yüngül çəki çempionu Maks Hollouey ilə revanş döyüşü keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 İyul 2026 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri