Icma.az
close
up
RU
Makron Aİ ölkələrinə səsləndi: “Amerika yox, Avropa malı alın!”

Makron Aİ ölkələrinə səsləndi: “Amerika yox, Avropa malı alın!”

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Makronun sözlərinə görə, Avropa ölkələri alternativ olaraq Avropa müdafiə sənayesinin məhsullarını seçməlidirlər. "Patriot sistemini alanlara yeni nəsil Fransa-İtaliya istehsalı olan SAMP/T, F-35 qırıcılarını alanlara isə “Rafale” təklif edə bilərik. Bu, istehsal tempini artırmağın yeganə yoludur", – deyə Makron “Nice-Matin” və “Le Parisien” qəzetlərinə müsahibəsində bildirib.
Fransa lideri uzun müddətdir ki, Aİ dövlətlərinin müdafiə xərclərini yerli istehsala yönəltməsinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, bəzi Avropa ölkələri ABŞ silahlarından asılı qalıb və bu yanaşmanı dəyişmək lazımdır.
Qeyd edək ki, mart ayında Niderland və Belçika ABŞ istehsalı olan F-35 qırıcılarını almaq qərarlarını təsdiqləyiblər. Portuqaliya isə ABŞ istehsalı olan F-16-larını daha müasir F-35-lərlə əvəzləmək barəsində düşünür.
Fransa prezidenti bildirib ki, yerli müdafiə sənayesini daha cəlbedici etmək üçün şirkətlərə “qırmızı lenti kəsmək” və qiymətləri aşağı salmaq tapşırılıb.
Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı mümkün ssenarini də izah edib. O bildirib ki, əsas məqsəd "hər bir ölkədən bir neçə min hərbi qulluqçunun strateji məntəqələrə yerləşdirilməsi, təlim proqramlarının həyata keçirilməsi və uzunmüddətli dəstəyin nümayiş etdirilməsidir."
Fransa lideri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada atəşkəs üçün irəli sürdüyü şərtlərin "qəbuledilməz" olduğunu vurğulayıb:
"Bu, Ukraynanın qismən işğalını və münaqişənin dondurulmasını ehtiva edir, üstəlik gələcək üçün heç bir təhlükəsizlik zəmanəti verilmir".
Makron yaxın həftələrdə "Universal Milli Xidmət" (Service National Universel) adlı könüllülük proqramının başladılacağını bəyan edib. Bu proqram 15-17 yaşlı gənclər üçün nəzərdə tutulub və idman tədbirləri, təhsil, dövlət və ya qeyri-hökumət təşkilatlarında qısa müddətli fəaliyyətlərdən ibarət olacaq. Bununla belə, Fransa prezidenti məcburi hərbi xidmətin bərpasını istisna edib.
Röya Əliyeva
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Mart 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri