Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Makron devrilmə və həbs təhlükəsi ilə üzləşib: İqtisadi çöküş Fransa imperiyasını dağılma həddinə çatdırıb

Makron devrilmə və həbs təhlükəsi ilə üzləşib: İqtisadi çöküş Fransa imperiyasını dağılma həddinə çatdırıb

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Afrika ölkələrinin təbii sərvətlərini talamağa vərdişli olan Fransanın müstəmləkə iqtisadiyyatı xammal çatışmazlığı ucbatından iflas etməyə başlayıb... Fransanı bürüyən kütləvi etiraz dalğası və dağıdıcı iştişaşlar rəsmi Parisin nəzarətindən çıxır, Makron hakimiyyətinə qarşı ölkədaxili qiyam güclənir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Avropa Birliyinin gələcək taleyi böyük ehtimalla Fransada həll oluna bilər. Çünki Fransa Avropa Birliyinin iki avanqard dövlətindən biridir. Hətta rəsmi Paris Avropa Birliyinə şəriksiz liderlik iddialarını da qətiyyən gozlətmir. Hər halda, Makron hakimiyyəti məhz bu məsələdə Almaniya ilə sərt rəqabət aparmağa çalışır. Və bu rəqabət bir çox hallarda Avropa Birliyinin ümumi fəaliyyətinə olduqca ağır zərbələr vurmaqla da diqqəti çəkir.

Onu da qeyd etmək lazımdır ki, son illərdə rəsmi Parisin Avropa Birliyi daxilində təkbaşına liderlik şansları böyük sürətlə azalmağa başlayıb. Belə ki, Fransa qlobal məkanda öz nüfuzunu tədriqcən itirməkdədir. Yəni, Fransa hazırda beynəlxalq problemlərin həllində əvvəlki kimi keçərli söz sahibi rolundan uzaqlaşıb. İndi qlobal məkanda rəsmi Parisin mövqeyinin nəzərə alınmasına o qədər də həvəs göstərmirlər. Hətta bəzi hallarda, Fransanın maraqlarına və mövqeyinə ümumiyyətlə, əhəmiyyət verilmir. Və bu, onu göstərir ki, Makron hakimiyyətinin bütün cəhdlərinə baxmayaraq, Fransa imperiyası süquta doğru hərəkər etməkdədir.

Məsələ ondadır ki, rəsmi Paris nə qədər gizlətməyə və yaxud da dolayısı yollarla ört-basdır etməyə çalışsa da, Fransa imperialist siyasi kursunu davam etdirməyə çalışır. Belə ki, rəsmi Paris hələ də Fransanın müstəmləkələrini rahat buraxmaq istəmir. Əksinə, bütün mümkün vasitələrlə, bir çox hallardasa, zorakılıqla milli-etnik bölgələrin müstəqillik hərəkatlarını bloklamağa cəhd göstərir. Rəsmi Parisin insan haqlarını məhdudlaşdıran davranışları isə Fransanın nəzarətində olan müstəmləkə bölgələrində sərt etiraz dalğası yaradır. Və son vaxtlar Makron hakimiyyəti bu etiraz dalğasını nəzarətdə saxlamaqda açıq-aşkar cətinlik çəkir.

Digər tərəfdən, rəsmi Paris Fransanın ənənəvi müstəmləkələrinə nəzarəti də sürətlə itirməyə başlayıb. Belə ki, Afrika qitəsində yüzilliklər boyu Fransa tərəfindən idarə olunan xalqlar və ölkələr suverenlik uğrunda mübarizələrini gücləndiriblər. Son illərdə rəsmi Parisin siyasi iradəsi altında olan bir çox Afrika ölkələri Fransa ilə münasibətləri ümumiyyətlə, dayandırmaq barədə qərar qəbul ediblər. Hətta həmin ölkələrdən bəzilər Franda hərbi kontingentlərini öz ərazilərindən çıxartmağa da nail olublar. Və bu proses Fransa diplomatlarının Afrika ölkələrindən qovulub, çıxarılması istiqamətində inkişaf etməkdədir.

Maraqlıdır ki, Afrikadan qovulma prosesinin dağıdıcı nəticələri artıq Fransa sərhədləri daxilində də özünü göstərməyə başlayıb. Belə ki, Fransa iqtisadiyyatı birmənalı şəkildə Afrika ölkələrinə qarşı talançılıq siyasəti üzərində inkişaf perspektivləri qazanmışdı. Yəni, Fransa Afrika ölkələrindən xammalı talançılıq yolu ilə daşıyaraq, öz iqtisadiyyatını ayaqda saxlamağı bacarırdı. Ancaq Fransa Afrika ölkələrindən indi bir-birinin ardınca qovulduqca, rəsmi Parisin xammal talançılığı da məhdidlaşmış olur. Və nəticədə Fransa iqtisadiyyatında xammal defisiti yaranır.

Təbii ki, bütün bunların real nəticələri Fransa cəmiyyətində öz təsirini əvvəl-axır göstərməliydi. Belə ki, Makron hakimiyyəti Fransa büdcəsinin sosial-humanitar hissəsini ciddi şəkildə məhdudlaşdırıb. Ukrayna savaşında qaynaqlanan Rusiya təhlükəsi artdıqca isə rəsmi Paris Fransanın hərbi büdcəsini ciddi şəkildə artırmaq məcburiyyətində qalıb. Fransa iqtisadiyyatının çöküş mərhələsində olduğu bir şəraitdə bu, birmənalı şəkildə əhalinin sosial-humanitar qaynağını qapatmış olur. Və nəticədə Fransa cəmiyyətində sosial-siyasi narazılıqlar hazırda maksimum həddə çatmış kimi görünür.

Maraqlıdır ki, son günlərdə Fransada ölkədaxili vəziyyət əməlli başlı qarışıb. Belə ki, hazırda bu Qərbi Avropa ölkəsində vaxtilə “sarı jıletlilər”in qiyamı dövründə baş vermiş hadisələr yenidən təkrarlanmağa başlayıb. Fransanı indi genişmiqyaslı tətil prosesi bürüyüb. Makron hakimiyyətindən narazı olan əhali kütləvi şəkildə küçələrə və meydanlara axışmağa başlayıb. Kütləvi etiraz dalğası Fransanın 250-dən çox şəhərində həyatı iflic vəziyyətinə salıb. Son kütləvi etiraz aksiyalarında bir milyondan artıq Fransa vətəndaşı iştirak edib. Və rəsmi Parisin sosial-iqtisadi siyasətindən narazı olan xalq kütlələri Makron hakimiyyətindən dərhal istefa verməsini tələb edir.

Ona görə də, rəsmi Paris indi çox ağır bir situasiya ilə üzləşib. Makron hakimiyyəti kütləvi etiraz dalğasını yatpırmaq üçün yüz minə yaxın polis və jandarma qüvvələrindən istifadə edir. Kütləvi etiraz aksiyasında iştirak edən Fransa vətəndaşlarına qarşı zorakılıq edilir, çox sayda həbs olunanların mövcudluğu vurğulanır. Ən əsasısa, rəsmi Paris Fransanı bürüyən kütləvi etiraz dalğasına nəzarəti də tədricən itirməyə başlayıb. Və ona görə də, indi Fransanın bir çox şəhərlərində etiraz aksiyaları kütləvi iğtişaşlara çevrilməkdədir.

Maraqlıdır ki, hazırda Fransa özü boyda bir savaş poliqonuna çevrilməyə başlayıb. Xüsusilə də, paytaxt Parisdə normal həyat iflic olub, aksiyaçıların müxtəlif dövlət və özəl sektor obyektlərinə hücumları böyük dağıntılar yaradıb. Belə anlaşılır ki, Makron hakimiyyətinin daxili siyasi kursu Fransanı böyük kataklizmlərə sürükləyir. Prezident Emmanuel Makronun qeyri-humanist qərarları Parisin dağılmasına yol aça biləcək proseslərə səbəb olub. Və Makron hakimiyyətinin istefasına səbəb olacaq qədər genişlənmiş bu etiraz dalğası Fransanın qlobal nüfuzuna da sarsıdıcı zərbələr vurmaqdadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Sentyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri