Icma.az
close
up
RU
Makron Ərdoğanın qarşısında necə alçaldı? Avropa Siyasi Birliyi ndə yaddaqalan məqamlar

Makron Ərdoğanın qarşısında necə alçaldı? Avropa Siyasi Birliyi ndə yaddaqalan məqamlar

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Albaniyada mayın 16-da "Avropa Siyasi Birliyi"nin (EPC) 6-cı Zirvə toplantısı keçirildi. Albaniyanın paytaxtı Tiranada baş tutan və ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçısını bir araya gətirən Zirvənin əsas mövzuları və müzakirə olunan məsələlər Avropanın təhlükəsizliyi və demokratik davamlılığı, xüsusilə Ukrayna-Rusiya müharibəsi və sülh danışıqlarının inkişafı, rəqabət qabiliyyəti və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın beynəlxalq arenada daha fəal və birgə hərəkət etməsi üçün strategiyalar kimi qitəni maraqlandıran məsələlər müzakirə edildi.

Prezident İlham Əliyevin Zirvə toplantısında iştirakı

Prezident İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı ilə Albaniyanın Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş keçirilib. Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin, xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycan Prezidenti və Albaniyanın baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bu, Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirmək və Avropa ilə əməkdaşlığı inkişaf etdirmək istiqamətində atılan mühüm bir addım, ölkəmizə və onun liderinə verilən dəyərin, eləcə də ehtiyacın daha bir göstəricisi idi.

Zirvə toplantısı zamanı yaşanan maraqlı və diqqət çəkən hadisələr

Zirvə toplantısı zamanı müzakirə edilən mövzularla yanaşı, bir sıra maraqlı və diqqət çəkən hadisələr də oldu. Albaniyanın Baş naziri Edi Ramanın italiyalı həmkraı Corcia Meloniyə qarşı olan xüsusi hörməti zirvəyə damğa vuran hadisələrdən idi. Belə ki, Edi Rama Corcia Meloni ilə görüşü zamanı onun qarşısında diz çökərək hörmətini ifadə edib. Bu, onların əvvəlki görüşlərində də təkrarlanmış bir jestdir. Rama bu hərəkətini İtaliyanın Albaniyaya olan dəstəyinə minnətdarlıq olaraq izah etsə də, Meloni bu jesti zarafatla qarşılayaraq, boy fərqini nəzərə alaraq "Bu, sadəcə hündürlüyümüzün fərqidir" dedi.

Ukrayna Prezidenti Volodimir Zelenski EPC Zirvəsində iştirak edərək, Ukraynanın təhlükəsizliyi və müharibə ilə bağlı mövqeyini təqdim edib. Bu məqam müzakirələrin mərkəzində idi. Bunun fonunda isə Avropanın böyük bir hissəsini təmsil edən Rusiya zirvəyə dəvət edilməmişdi. Bu, qitənin münaqişədəki mövqeyinin dəyişmədiyini, Kiyevin mübarizəni davam etdirməsi və qələbə qazanması üçün Avropanın fəaliyyətini davam etdirəcəyinin göstəricisi idi. Əbəs deyil ki, EPC-nin tərkibi və iştirakçı ölkələrin seçimi geniş müzakirələr sırasında idi.

Toplantıda ən yaddaqalan məqamlardan biri isə Fransa Prezidenti Emmanuel Makron və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əlsıxma anı oldu. Görüş zamanı Makron Ərdoğanın əlini tutan zaman öz əlini onun əlinin üstünə qoyaraq üstünlük nümayiş etdirməyə çalışdı. Lakin Ərdoğan dərhal Makronun jestinə adekvat cavab verdi və beləliklə əlsıxma anı qarşılıqlı güc nümayişinə çevrildi. Nəticədə Makron əlini çəkmək istəsə də, Ərdoğan onun barmaqlarını tutub saxladı və bu mənzərə bir neçə saniyə davam etdi. Sonda isə Makron əlini çəkərkən Ərdoğan əlini onun əlinin üstünə qoyub görüşü sonlandırdı.

Bu jest nə ifadə edir?

Bu jest bədən dilində "dominantlıq" - "üstünlük" nümayiş etdirmək kimi qəbul olunur, xüsusilə rəsmi görüşlərdə və ya siyasətçilər arasında əlsıxma zamanı müşahidə olunur.

Əlini üstə qoyan şəxs qarşı tərəfə "mən üstünəm" mesajı verir və psixoloji üstünlük nümayiş etdirir. Bu jestlə şəxs qarşı tərəfi təsiri altına almağa və dominant mövqe nümayiş etdirməyə çalışır ki, bu da proseslərə kimin nəzarət etdiyini, yəni, nəzarət üstünlüyünü göstərir. Bu, liderin güc və liderlik simvolizminə həssas yanaşdığını göstərir. Əbəs deyil ki, hətta Fransada belə, bu hadisə "Makron Ərdoğanı üstələməyə çalışdı, amma özü alçaldı" kimi fikirlərlə şərh edilib.

Beləliklə, Makron bir daha bütün dünyanın gözü qarşısında guya qaş düzəltmək istədiyi yerdə, yenə də vurub öz gözünü çıxardı. Bununla da Fransada və bir çox beynəlxalq tədbirlərdə mütəmadi olaraq aciz və rəzil duruma düşən Makronun biabırçılıqlarına daha biri yazıldı.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 May 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri