Icma.az
close
up
RU
Politico: “Makron zəhlətökənə çevrilib”

Politico: “Makron zəhlətökənə çevrilib”

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, oktyabrın 23-də Brüsseldə açılacaq Avropa İttifaqı (Aİ) sammiti ərəfəsində jurnalistlər bir sıra avropalı diplomatlardan və məmurlardan müsahibə alıblar.
Müsahiblərin fikrincə, Makronun daxili işlərə diqqət yetirməsi və öz siyasi irsini gücləndirmək istəyi onun vahid Avropadakı roluna ciddi təsir göstərib.
“Fransa prezidenti inteqrasiyanın fəal tərəfdarından getdikcə daha çox təşəbbüslərə mane olan bir amil kimi qəbul edilir. Bu versiya Makronun tam şəkildə daxili məsələlərə yönəlməsini ehtiva edir. Bu, artıq bizim Avropanın lideri kimi tanıdığımız Makron deyil”, - adını gizli saxlayan avropalı diplomatlardan biri deyib.
Qəzet Fransa prezidentinin son zamanlar dəfələrlə Aİ çərçivəsində irəli sürülən bir sıra əsas təkliflərə qarşı çıxdığını xatırladır. Bunlara Aİ-nin şərq sərhədlərində hava təhlükəsizliyi sisteminin yaradılması təşəbbüsü, yeni üzvlərin qəbulu prosedurunun sadələşdirilməsi və beynəlxalq əməkdaşlıqda ekoloji tələblərin gücləndirilməsi tədbirləri daxildir. Ölkə daxilində mənfi reaksiyadan çəkinən Makronun bu kimi məsələlər barədə ehtiyatla, bəzən də qıcıqlı danışdığı diqqətə çatdırılır.
Nəşr qeyd edir ki, Fransa liderinin hazırkı mövqeyi ilə onun ilkin təşəbbüsləri arasındakı ziddiyyət Fransada daxili qeyri-sabitlik fonunda xüsusilə nəzərə çarpır.
- 2017-ci ildə vəzifəyə gəldikdən dərhal sonra Makron Avropanın həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji muxtariyyəti ideyasını fəal şəkildə təbliğ etdi. Donald Trampın ABŞ-də ilk prezidentliyinin əvvəlində səsləndirilən bu bəyanatlar əvvəlcə avropalı tərəfdaşlardan geniş dəstək ala bilmədi”, - “Politico” vurğulayır.
Bu gün, səkkiz il keçdikdən sonra, strateji muxtariyyət Aİ rəhbərliyi və üzv ölkələr üçün prioritet məsələyə çevrildiyi halda, Makron getdikcə daha çox Fransa daxilində öz siyasi gələcəyi ilə bağlı suallara diqqət yetirir.
Fransa prezidentin yaxın ətrafı ilə əlaqəsi olan mənbə ölkədəki hazırkı daxili siyasi vəziyyətin Makronun xarici siyasət ambisiyalarını reallaşdırmaq imkanlarını məhdudlaşdırdığını bildirib. Bu, xüsusilə sağçı partiyaların, o cümlədən Marin Le Penin “Milli Birlik” oartiyasının mövqeyini gücləndirə biləcək məsələlərə aiddir.
Nəşrin rəylərini öyrəndiyi avropalı diplomatların fikrincə, Fransanın Aİ proseslərinə təsiri yalnız prezidentin mövqeyinə görə yox, həm də xalqın ölkədəki ümumi siyasi qeyri-sabitlik nəticəsində zəifləyir. Belə ki, son 2 ildə beş hökumət başçısı dəyişib.
Emmanuel Makronun prezidentlik müddətinin 2027-ci ilə qədər davam edəcəyinə rəğmən, jurnalistlər onun yenidən Avropada birləşdirici fiqur olmaq qabiliyyətinə dair Brüsseldə şübhələrin gizlədilmədiyini vurğulayırlar. Bəzi diplomatların isə onun haqqında artıq keçmiş zamanda nəzərdə danışdıqları bildirilir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri