Makron: HƏMAS ın girov saxladığı iki Fransa vətəndaşının azad edilməsini gözləyirik
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
İsraillə Fələstinin HƏMAS arasında əldə edilmiş razılaşmaya əsasən hərəkatın azad etməli olduğu 33 girov arasında iki Fransa vətəndaşı var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında yazıb.
"Həmvətənlərimiz Ofer Kalderon və Ohad Yahalomi Qəzza üzrə razılaşmanın birinci mərhələsində azad edilməli olan 33 girovun siyahısına daxildir. Onların ailələrinə qovuşması üçün əlimizdən gələni edəcəyik", - o qeyd edib.
Qeyd edək ki, İsrail hakimiyyəti HƏMAS ilə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girovun azad edilməsinin planlaşdırılması barədə onların ailələrinə məlumat verib.

Makron: “Fransa ABŞ ın sadiq müttəfiqidir”
07 Mart 2025 13:50
Tramp HƏMAS ın girovların azad edilməsini gecikdirməsinə dözməyəcək
04 Oktyabr 2025 21:35
İki ildir HƏMAS ın girov saxladığı israillilər belə təhvil verildi ANBAAN VİDEO
13 Oktyabr 2025 10:18
HƏMAS ın saxladığı əsirlər nələri dedilər?
05 Aprel 2025 22:19
Makron: Fransa Fələstini tanıyacaq
09 Aprel 2025 23:19

