Icma.az
close
up
RU
Makron niyə “pərvanəyə” çevrildi? Əliyevlə təmasların görünməyən səbəbləri

Makron niyə “pərvanəyə” çevrildi? Əliyevlə təmasların görünməyən səbəbləri

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Albaniyada keçirilən Avropa İttifaqı sammiti çərçivəsində Prezident İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan təmaslar və səmimi ünsiyyət müəyyən dairələrdə fərqli şərhlərə səbəb olub. Bəzi çevrələr bu görüşü “Azərbaycanın Makronla yaxınlaşması” kimi təqdim edir və hətta ironiya ilə “vaxtında biz demişdik” ritorikasına əl atırlar.

Bu yanaşma qərəzdən və geopolitikanı bilmədiklərindən irəli gəlir? Bəlkə, əksinə, Parisə Azərbaycanla yaxınlaşmaq lazım olduğu üçün Makron İlham Əliyevin ətrafında bu cür dövrə vururdu?

Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, dövlət başçılarının bir-birinə qarşı aqressiv və emosional münasibət göstərməsi müsbət hal deyil:

“Dövlət başçıları istənilən halda bir-birilə təmkinli və diplomatik üslubda davranmağı bacarmalıdır. Azərbaycanın Fransa Prezidenti Emmanuel Makrondan incimək üçün haqlı səbəbləri var. Fransa indiyədək Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib və təcavüzkar ölkəni Ermənistanı daha çox dəstəkləyib. Normal beynəlxalq münasibətlərdə belə davranışlar diqqətlə ölçülüb-biçilməlidir. Dövlətlər arasında münasibətlərin daimi gərginlik içində qalmasına yol vermək olmaz. Azərbaycan hər zaman münasibətlərin normallaşmasına çalışıb. Hətta Fransa parlamenti ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etdikdə belə Azərbaycan rəhbərliyi təmkinli mövqe nümayiş etdirərək vəziyyətin zamanla düzələcəyinə ümid bəsləyib. Bu kontekstdə Azərbaycan–Fransa münasibətlərində əsas məsuliyyət rəsmi Parisin üzərindədir.

Aydın Quliyev

Avropa İttifaqı sammitində Makronun Prezident İlham Əliyevə yaxınlaşması Fransanın Azərbaycanla bağlı siyasətində buraxdığı səhvlərə daha obyektiv yanaşmaq niyyətində olduğuna işarə ola bilər. Paris artıq bu siyasətin Fransa üçün də ziyanlı olduğunu anlayır. Makronun bu addımı müəyyən mənada peşmançılıq əlaməti kimi qiymətləndirilə bilər.

Azərbaycanla Fransa dövlət başçılarını bir-birinə qarşı qisasçıl münasibət sərgiləməyə məcbur etmək düzgün deyil. Unutmaq olmaz ki, Fransa hakimiyyəti dəyişdikdə Azərbaycana qarşı daha obyektiv və dostyana mövqe sərgiləyən qüvvələr hakimiyyətə gələ bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri