Icma.az
close
up
RU
Makron Əliyevlə danışdı, İrəvana yanaşma dəyişdi Yeni mesaj

Makron Əliyevlə danışdı, İrəvana yanaşma dəyişdi Yeni mesaj

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib. Dövlət başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını bildirib.

İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan Azərbaycan Prezidenti, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Bakı-Paris münasibətlərində son aylarda müşahidə olunan yumşalma regionda diplomatik dinamikaların dəyişdiyini göstərir:

“Prezident İlham Əliyevin yeni səfirin etimadnaməsini qəbul edərkən verdiyi mesajlar bu dönüşün konturlarını açıq şəkildə nümayiş etdirdi. Xüsusilə dövlət başçısının Kopenhagendə Emmanuel Makronla görüşə istinad etməsi, uzun müddət gərginlik yaradan amillərin arxada qaldığına dair siqnal idi. Bu, Azərbaycan tərəfinin konstruktiv dialoqa açıq olduğunu, münasibətləri sıfır nöqtəsindən deyil, “real maraqlar və qarşılıqlı hörmət” prinsipi üzərində qurmaq istədiyini göstərir.

Makronun beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti ilə birbaşa təmas qurması da Parisin Cənubi Qafqaz siyasətində ton dəyişikliyindən xəbər verir. Əvvəllər regionda daha çox Ermənistanın mövqeyinə istinad edən Fransa, indi balanslı münasibət qurmağa çalışır. Bunun bir neçə səbəbi var:

Birincisi, Azərbaycanla enerji və logistika sahəsində əməkdaşlıq Avropa üçün strateji əhəmiyyət daşıyır.

İkincisi, Yaxın Şərqdə, eləcə də Qafqazda sabitlik Fransanın Avropa İttifaqındakı mövqelərinə təsir göstərir. Bundan başqa, Paris artıq regionda Rusiya və Türkiyənin təsir dairəsini nəzərə almadan hərəkət edə bilməyəcəyini anlayır”.


Züriyə Qarayeva 

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi münasibətlərin normallaşmasına siyasi jestlərdən çox, qarşılıqlı maraq və bərabər tərəfdaşlıq çərçivəsində baxır:

“İlham Əliyevin “insanlararası, mədəni və humanitar əlaqələrin bərpası” vurğusu da bu istiqamətdədir. Rəsmi Bakı siyasi dialoqla yanaşı, ictimai diplomatiya vasitəsilə də əlaqələrin canlanmasını istəyir. Bu, təkcə diplomatik ritorika deyil, həm də Fransa cəmiyyətində Azərbaycanın imicinin yenidən formalaşdırılması strategiyasıdır.

Ümumilikdə, Fransa ilə Azərbaycan arasında münasibətlərin tam normallaşması yaxın perspektivdə mümkündür, amma proses mərhələli olacaq. Qarşılıqlı etimadın bərpası, mediada və siyasətdə yaranmış stereotiplərin aradan qaldırılması, eləcə də iqtisadi əməkdaşlığın bərpası bu yolun əsas şərtləridir. Parisin yeni yanaşması — qarşıdurmadan dialoqa, tənqiddən əməkdaşlığa keçid — davamlı xarakter alarsa, Azərbaycan-Fransa münasibətləri təkcə ikitərəfli deyil, həm də Avropa ilə Bakı arasında ümumi etimad mühitinin möhkəmlənməsinə töhfə verə bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri