Icma.az
close
up
RU
Makron Trampa “barmaq silkələdi”: Ukrayna müharibəsi üçün süpriz sonluq

Makron Trampa “barmaq silkələdi”: Ukrayna müharibəsi üçün süpriz sonluq

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron Madaqaskara səfəri çərçivəsində çıxışı zamanı bildirib ki, ABŞ Prezidenti Donald Trampın narazılığı Ukraynanın deyil, yalnız Rusiyanın hərəkətləri ilə bağlı olmalıdır. Həmçinin, Prezident Putin heç bir şərt olmadan atəşkəsə razı olmasını düşünmək lazımdır. Krımdan danışan Makron deyib ki, yarımadanın statusu məsələsi hazırda gündəmdə deyil.

Daha əvvəl  Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsi barədə bəyanatları Ukrayna münaqişəsinin başa çatması ilə bağlı danışıqlara zərər verir.

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Makronun açıqlamasında diqqət çəkən bir neçə məqam var:

"Birincisi, aydın şəkildə görünür ki, Fransa ABŞ-nin Rusiya – Ukrayna müharibəsinə dair mövqeyi ilə razı deyil. Bu, Avropa ilə ABŞ arasında gərginliyin artmasının növbəti bariz təzahürüdür. 


ABŞ-nin Rusiyaya qarşı loyal mövqeyi Avropa paytaxtlarını, o cümlədən Parisi narahat edir. Çünki Avropa ABŞ-nin iştirak ilə müharibənin bitəcəyindən qorur. Savaşın başa çatması o deməkdir ki, Rusiya Avropa, o cümlədən Fransa üçün nəinki rəqib, həm də təhdid olaraq qalmaqda davam edəcək. Bu ssenarinin qarşısını almaq istəyən Avropa müharibəni uzatmaq istəyir".

Onun sözlərinə görə, Avropa ABŞ-nin Rusiyaya təzyiq etməsinə çalışır:

"Makronun "Prezident Putin heç bir şərt olmadan atəşkəsə razıdırmı?" sualı, sözsüz ki, Ağ Evə ünvanlanıb. Fransa lideri dolayısı ilə demək istəyib ki, Putin atəşkəs istəmir və onun maraqlarının təmin olunması ilə danışıqlarea getmək lazım deyil.


İkinci bir tərəfdən, Krımın məsələsi ilə bağlı da Avropa ilə ABŞ-nin mövqeyi uzlaşmır. İddialar var ki, Vaşinqton Kiyevi ərazi güzəştinə hazırlayır. Paris və bir çox Avropa aktorları Ukraynanı bu addıma getməməyə, dolayısı ilə savaşı uzatmağa sövq edirlər".

K.Novruzovun fikrincə, Avropa, o cümlədən Yelisey Sarayı ilə ABŞ arasında gərginlik daha da artacaq. Bu isə müharibənin gələcəyi üçün pis sürpriz, o cümlədən daha xaotik şərait vəd edir. 


Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Aprel 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri