Makron Trampın NATO ilə bağlı bəyanatlarını tənqid ETDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı fikirlərini tənqid edib.
Redaktor.az BFMTV-yə istinadən xəbər verir ki, Makron Seulda jurnalistlərə açıqlamasında deyib:
"Əgər biz hər gün öz öhdəliklərimizlə bağlı şübhə yaradacağıqsa, razılaşmaları (NATO çərçivəsində - red.) mahiyyətindən məhrum edəcəyik".
O həmçinin qeyd edib ki, ABŞ hakimiyyəti hər gün ziddiyyətli mesajlar verir:
"Biz bunu edəcəyik və ya onu etməyəcəyik". Makronun sözlərinə görə, müttəfiqlər imzalanmış sazişlərin şərtlərini yerinə yetirməli və lazım gələrsə, tərəfdaşlara yardım göstərməlidirlər.
Makron əlavə edib ki, Vaşinqtonda sabitliyə, sülh və əmin-amanlığa qayıdış üçün real addımlar atmaq əvəzinə həddən artıq çox danışırlar.
"Bu, tamaşa deyil - söhbət müharibə və sülhdən, insanların həyatından və ölkələrin iqtisadiyyatından gedir. Ciddi davranmaq lazımdır", - Fransa lideri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 Aprel 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















