Makron və Pezeşkian telefon danışığı aparıb
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Prezidenti Emmanuel Makron və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Makron özünün "X" hesabında xəbər verib.
O bildirib ki, telefon danışığı zamanı Pezeşkiandan İranda həbsdə olan Fransa vətəndaşlarının azad olunmasını tələb edib:
“İran prezidenti mənə zəng edib. Mən ondan Sesil Kohler və Jak Parisin azad olunmasını tələb etdim. Biz onların Fransaya qayıtmasını gözləyirik", - Makron qeyd edib.
Fransa Prezidenti bildirib ki, telefon danışığı zamanı İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını ifadə edib.
"Məqsədlərinin dinc olduğunu sübut etmək İranın öhdəliyindədir. Mən əminəm ki, müharibəni dayandırmaq üçün yol var. Buna görə də biz avropalı tərəfdaşlarımızla birlikdə İranla danışıqlarımızı sürətləndirəcəyik”- deyə Makron paylaşımında qeyd edib.
"Cebheinfo.az"
Baxış sayı:90
Bu xəbər 21 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















