Makronla Tramp Ukrayna ilə bağlı razılaşdı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla görüşüb.
Modern.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində baş tutub.
Makron görüşdən sonra “X” hesabında yazıb ki, tərəflər enerji bazarlarında gərginliyin azaldılması, Yaxın Şərqdə kritik əhəmiyyətli infrastrukturun qorunması və Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.
“Biz həmçinin Ukraynanın enerji və mülki infrastrukturuna zərbələrə moratorium tətbiq edilməsinə nail olmaq üçün səylərimizi birləşdirəcəyik. Mülki əhali qorunmalıdır və Rusiya ilə Ukrayna arasında sülh şərtləri ilə bağlı ciddi danışıqlara mümkün qədər tez başlamalıyıq”, – Makron qeyd edib.
Reuters-in məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən Makron Tramp ilə müzakirələri “çox yaxşı” və “çox konstruktiv” adlandırıb.
Fransa Prezidenti bildirib ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, eləcə də Ukraynaya daha çox və daha sürətli raket əleyhinə müdafiə sistemlərinin verilməsi məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
“Biz Ukrayna və Rusiya məsələlərini, ukraynalı dostlarımıza raketdən müdafiə sistemləri ilə daha sürətli və daha güclü şəkildə yardım göstərməyin zəruriliyini uzun müddət müzakirə etdik. Bu, müdafiə baxımından əsas məsələlərdən biridir”, – Makron deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 Sentyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















