Icma.az
close
up
RU
Makronun beynəlxalq hüquq “yadına düşüb” Fransa niyə Rusiya aktivlərinin dondurulmasına qarşı çıxır?

Makronun beynəlxalq hüquq “yadına düşüb” Fransa niyə Rusiya aktivlərinin dondurulmasına qarşı çıxır?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi beynəlxalq hüququn pozulması olacaq.

“AzPolitika” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “CBS News”-a müsahibəsində deyib:

"Bu aktivlər hətta bu vəziyyətdə belə mərkəzi bankdan müsadirə edilə bilməz. Hesab edirəm ki, bu, etimad məsələsidir və ölkələrimizin beynəlxalq hüquqa hörmət etməsi çox vacibdir", - Makron qeyd edib.

Bununla bərabər, o deyib ki, Avropa Ukraynaya dondurulmuş Rusiya aktivləri ilə kömək etməyə hazırdır, lakin Tramp administrasiyasının tənqidindən asılı olmayaraq, bunu yalnız hüquqi çərçivədə etmək lazımdır. O, xəbərdarlıq edib ki, beynəlxalq qanunlara məhəl qoyulmaması “tam xaosa” gətirib çıxara bilər.

Xatırladaq ki, həmin Makron Azərbaycan torpaqları erməni işğalında olanda beynəlxalq hüququ yada salmırdı və onun ölkəsi erməni separatizmini hər vəchlə müdafiə edirdi, Fransa rəsmiləri işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edirdi və sair. Həmçinin, Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayan, milyonlarla insanı vətənindən didərgin salan, günahsız dinc insanları qətlə yetirən, saysız-hesabsız hərbi cinayətlər törədən Putin Rusiyası da heç bir beynəlxalq qanuna, hüquqa məhəl qoymur və bu qanunları hər addımbaşı tapdalayır. 

Onunla qanun, hüquq dilində danışmağın yersiz olduğu artıq dəfələrlə sübut olunub. Buna baxmayaraq, görünür, Makron kimi dişsiz, iküzlü və riyakar Qərb liderləri qaldıqca, beynəlxalq hüquqa qarşı ikili standartlar da qalmaqda davam edəcək…

“AzPolitika.info”   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Sentyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri