Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Makronun BMT dəki nitqi: təzad, təzad, yenə də təzad

Makronun BMT dəki nitqi: təzad, təzad, yenə də təzad

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Yaxud utanmayasan, oynamağa nə var ki...

Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı beynəlxalq hüququn müdafiəsinə həsr olunmuş klassik manifest təsiri bağışladı. Çünki onun dedikləri fonunda siyasi və emossional yüklü, müəyyən qədər sentimental təqdimat gördük. Təqdimatı Fransanın yox, başqa dövlətin rəhbəri etsəydi, hətta kövrələrdik. Ancaq ali kürsüdə Makron dayandığından, hislərə qapılmağı ağlımızın ucundan belə keçirmədik. Bəli, Makronun dilə gətirdikləri ilə Fransa arasında hədsiz-hüdudsuz təzad var. O təzad ki, bütövlükdə Parisin siyasətindən qaynaqlanır. O siyasət ki, hazırda Makronun sayəsində, özünün, belə demək mümkünsə, axsaq vaxtlarını yaşayır. Fransa Prezidenti isə var gücü ilə durumu aradan qaldırmağa çalışır. Daha doğrusu, fon yaradır. Guya, onun ölkəsi haqqın və ədalətin müdafiəçisi, ali prinsip və dəyərlərin qoruyucusudur. Əlqərəz, E.Makron BMT kürsüsündə dövlətlərin suverenliyinin qorunmasından, “güclünün haqlı olduğu” dünyanın yolverilməzliyindən, beynəlxalq hüquqa ikili standartlar olmadan əməl edilməsindən söz açıb. Nəzərə alaq ki, “biz hər yerdə eyni prinsipləri müdafiə etməliyik” fikri onun çıxışının mühüm siyasi-ideoloji kasuzudur. Bu kazus, şübhəsiz, beynəlxalq hüququn universal xarakterinə uyğun prinsipdir. Lakin universallıq yalnız rəqib dövlətlərə münasibətdə deyil, öz siyasətinə münasibətdə də qorunmalıdır. Qorunurmu, ilk təzad da elə bundadır. 

Baxın, lideri dünyaya ikili standartlardan imtina çağırışı səsləndirən dövlətin özünün hələ də BMT-nin dekolonizasiya gündəliyində adı çəkilən əraziləri var. Konkret olaraq, Yeni Kaledoniya 1986-cı ildən qeyri-özünüidarə edən ərazi statusundadır və onun inzibati hakimiyyəti Fransadır. Eyni zamanda, Fransa Polineziyası da 2013-cü ildən BMT-nin qeyri-özünüidarə edən ərazilər siyahısındadır. 

Yeni Kaledoniya məsələsində problem xüsusilə aydın görünür. Fransanın Milli İnsan Hüquqları Məsləhət Komissiyasının 2026-cı ildə yayımlanan rəsmi sənədində ərazinin 1853-cü ildə Fransa tərəfindən ilhaqından, dekolonizasiya prosesinin yarımçıq qalmasından və Kanak əhalisinin marginal vəziyyətindən bəhs edilir. Sənəddə, həmçinin, Yeni Kaledoniyanın BMT tərəfindən qeyri-özünüidarə edən ərazi kimi tanındığı və Kanak xalqının öz müqəddəratını təyin etmək hüququ vurğulanır. Bu, xarici tənqidçilərin siyasi ritorikası yox, Fransanın öz dövlət qurumunun mövqeyi, hüquqi və tarixi qiymətləndirməsidir. Amma...

***

O da məlumdur ki, Fransa özünü Avropanın, bütövlükdə, Qərbin siyasi düşüncəsində universal dəyərlərin beşiklərindən biri kimi göstərir. Azadlıq, bərabərlik, qardaşlıq, insan hüquqları, respublikaçılıq. Söhbət bu dəyərlərdən gedir. Lakin tarix meydana başqa suallar çıxarır: Əgər suverenlik universaldırsa, niyə onun coğrafiyası dəyişir? Əgər xalqların öz müqəddəratını təyin etmək hüququ universaldırsa, bu hüquq yalnız Parisin peykindən kənar dövlətlərə münasibətdəmi xatırlanmalıdır? Əgər “güclünün qanunu” qəbuledilməzdirsə, onda gücün siyasi, hərbi və iqtisadi üstünlük vasitəsilə tətbiq edildiyi kolonial keçmiş necə izah olunmalıdır? Yeri gəlmişkən, adlarını çəkdiyimiz Yeni Kaledoniya ilə Fransa Polineziyası BMT-nin açıqladığı dünyanın 17 qeyri-özünüidarə edən ərazisi sırasındadır. 

Tarixdən və müasir dövrdən danışırıqsa, Afrika da unutulmamalıdır. Çünki Fransanın neoimperializm ittihamları ilə üzləşdiyi digər istiqamət “qara qitə”dir. Baxmayaraq ki, Paris son illər buradakı üstünlüyünü əhəmiyyətli dərəcədə azaldıb. Yada salaq ki, Fransa 2025-ci ilin iyulunda Seneqaldakı son hərbi bazalarının təhvil verdi və beləliklə, onun bu ölkədəki daimi hərbi mövcudluğu tamamilə başa çatdı. 

Ancaq məsələ təkcə hərbi mövcudluqda deyil. Söhbət uzun illər ərzində formalaşmış “Françafrik” adlandırılan siyasi-iqtisadi sistemdən, Parisin keçmiş müstəmləkələri üzərində təsir imkanlarından gedir. Fransa son illərdə siyasətini ona görə dəyişdirir ki, Afrika dövlətləri Parisin keçmişdən miras qalan təsir mexanizmlərindən uzaqlaşmağa can atır, müqavimət göstərirlər. Yəni, Fransa heç nəyi öz xoşuna etmir. Yeri gəlmişkən, Seneqal rəhbərliyi də xarici qoşunların ölkə ərazisindən çıxarılması tələbini sələndirmiş, Makronun bu tələbi yerinə yetirməkdən başqa yolu qalmamışdı...

***

Makronun BMT tribunasındakı çıxışında ən çox diqqət çəkən məqamlardan biri də onun “cəngəllik qanunları”nın geri qayıtması təhlükəsindən söz açmasıdır. Əlbəttə, dünyanın müxtəlif bölgələrində eyni hadisəyə fərqli münasibətin göstərildiyi bir zamanda “cəngəllik qanunları”nın harada başlayıb harada bitdiyini müəyyənləşdirmək çətindir. Yada salaq ki, Makron həmin tribunadakı 2025-ci ildəki çıxışında da oxşar tezisə baş vurmuş, “güclünün qanunu”na qarşı beynəlxalq hüququn üstünlüyünün müdafiəçisi obrazını yaratmışdı. O, həmin çıxışında müasir imperializmi, əsasən, Rusiyanın Ukraynaya qarşı hərəkətləri kontekstində təqdim etmişdi. 

Qeyd edək ki, Fransa Prezidenti ötən ilki ritorikasına bu il də sadiq qalıb. Makronun mövcud xüsusda nələri bildirməsi yazımızın mövzusu baxımından çox da önəmli deyil. Başlıca məqam məşhur atalar sözümüzdəki kimidir: ayının min oyunu bir armudun başındadır. Əlbəttə, söhbət Fransa Prezidentindən gedirsə, burada ayı yox, onun ölkəsinin təsvirindəki xoruz da əsas götürülə bilər. Makron elə bilir ki, xoruz olmasa, səhər açılmır. 

Bəli, Fransanın Ukraynaya münasibətdə beynəlxalq hüququn müdafiəsini önə çəkməsi özlüyündə rəsmi Parisin siyasi mövqeyidir. Lakin universal hüquq prinsipinin həqiqi universallığı üçün həmin prinsip seçmə coğrafiya tanımamalıdır. Yəni, məsələ yalnız bir dövlətin ərazi bütövlüyü pozulanda aktuallaşmamalıdır. 

Digər tərəfdən, bir xalqın öz müqəddəratını təyin etmək hüququ gündəmə gələndə siyasi coğrafiyadan asılı olaraq meyar dəyişməməlidir. Yəni, bir ərazi BMT-nin dekolonizasiya gündəliyindədirsə, ilk növbədə, onun məsələsi beynəlxalq hüququn ümumi prinsipləri ilə ölçülməlidir. Bu nöqtədə də Makronun ritorikası ilə Fransanın tarixi-siyasi reallığı arasında dərin təzadın olduğunu görürük.

***

İndi isə Makronun BMT-dəki məlum nitqi fonunda Fransa-Azərbaycan münasibətlərinin üzərinə gələk. Bəribaşdan deyək ki, Parisin Bakıya yanaşması Makronun çıxışının təzadına, yumşaq desək, rəng qatır. Söhbət boz rəngdən gedir. Yəni, təzad daha da dərinləşir. Axı Makron Fransasının erməni separatizmini necə müdafiə etdiyi ən yaxın tariximizin yaşantısıdır. Ölkənin ermənipərətslik naminə bütün ali dəyərləri heçə saydığı da həmçinin. Halbuki, beynəlxalq hüquq heç bir halda siyasi simpatiyalar menyusu olmamalıdır. Ondan istədiyin maddəni seçib, istəmədiyini kənara qoymaq olmaz. Yəni, universallığa riayət olunması mütləqdir. Sözümüz ondadır ki, Fransa bu universallığı Cənubi Qafqaza münasibətdə də qorumayıb. İndi də demək olmaz ki, qoruyur. Sadəcə, mövcud platformada Paris heç nə edə bilmir. 

***

Sonda onu da bildirək ki, müasir neoimperializm artıq XIX əsrin xəritələrindəki kimi görünmür. Bu gün başqa dövlətlərə təsirlər tanklarla sərhəd çəkməkdən çox, siyasi və diplomatik təzyiqlər, iqtisadi asılılıq və institusional mexanizmlər vasitəsilə həyata keçirilir. Bu mənada Fransanın keçmiş müstəmləkələrində formalaşdırdığı siyasi-iqtisadi münasibətlər sistemi, onun xarici əraziləri üzərində davam edən suverenlik modeli və Afrika ilə münasibətlərinin tarixi yükü Parisin Makronun timsalında ortaya çıxan imperializmə qarşı mübarizə ritorikası baxımından əlavə suallar doğurur. Həm də ona görə suallar doğurur ki, sivil beynəlxalq cəmiyyətin fundamental şərti heç bir böyük dövlət öz gücünü beynəlxalq hüququn fövqündə təsəvvür etməməsidir. Makron Fransası bu baxımdan da müsbət imicə malik deyil. Amma Yelisey sarayının hazırkı şefi pafos dilini işə salıb danışa bilir... 

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri