Icma.az
close
up
RU
Makronun səhvləri Fransaya baha başa gəlir Parisi Afrikada Moskva əvəzləyir ŞƏRH

Makronun səhvləri Fransaya baha başa gəlir Parisi Afrikada Moskva əvəzləyir ŞƏRH

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belə getsə, fransızlar prezident Emmanuel Makronu vaxtından əvvəl vəzifəsindən kənarlaşdıracaqlar. Məsələ ondadır ki, Fransa məhz indiki komandanın uğursuz siyasəti nəticəsində Afrikadakı keçmiş müstəmləkələrdən qovulub. Halbuki həmin ərazilər həm müstəmləkə idarəçiliyi, həm də sonrakı illərdə soyulub, talan edilib. İndi isə fransızlar bütün bunlardan məhrum olur. Bununla yanası, həmin ərazilərə Fransa mallarının, xüsusilə ərzaq məhsullarının ixracı da dayanıb.

Nüfuzlu “L'Opinion” nəşrinin yazdığına görə, 10 il əvvəl Fransa Əlcəzairə ərzaq məhsullarının ən böyük təchizatçısı idi. Lakin Fransa lideri Emmanuel Makronun iki dövlət arasındakı mübahisədə Mərakeşi dəstəkləməsi kimi siyasi səhvi bu Afrika ölkəsini Rusiyanın qucağına atıb.

2024-cü ilə qədər Fransanın Əlcəzairə ixracı, demək olar ki, tükənib, Moskva isə əsas təchizatçılardan birinə çevrilib. Hazırda ölkənin taxıl ehtiyacının 90%-ni təmin edir. Əlcəzair ət və süd istehsalı üçün nəzərdə tutulmuş canlı mal-qaranın mühüm satış bazarı idi. 2022-ci ildə Fransa 167 milyon avro (16 milyard rubl) dəyərində heyvan satıb. 2024-cü ildə bir kq belə satış olmayıb. Fransadan quru süd və pendir ixracı yanvar-noyabr aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə dörddə-bir qədər azalıb.

“L'Opinion” jurnalistləri hesab edirlər ki, “belə iqtisadi siyasət geosiyasi münaqişəyə görə qisas olub. Təbii sabotaj gedir - tacirlər sonsuz inzibati problemlərlə üzləşirlər, gömrük proqram təminatı sıradan çıxır və ya yuxarıdan əməkdaşlığı dayandırmaq əmrləri gəlir. Başqa sözlə, boşqab diplomatiyası uğursuzluğa düçar olub, məqalə müəllifləri izah ediblər”.

Görünən odur ki, bir zamanlar sabitliyi və gücü ilə qürur duyan Fransa Makronun idarəçiliyi nəticəsində mürəkkəb və çoxqatlı siyasi böhran dövrünü yaşayır. Vətəndaşların narazılığı artır, hakimiyyətə etimad sürətlə azalmağa davam edir ki, bu da ölkənin siyasi atmosferinə dağıdıcı təsir göstərir. Bu hadisənin səbəbləri müxtəlifdir: sosial bərabərsizliyi dərinləşdirən iqtisadi durğunluq və mübahisəli xarici siyasət qərarları da daxil olmaqla diplomatik səhvlər.

Makron 2017-ci ildə hakimiyyətə gələndə hansı vədləri vermişdi – iqtisadi sahədə islahatlar, əhalinin rifahını yaxşılaşdırmaq və Fransanın dünya arenasındakı mövqeyini gücləndirmək. Lakin bunların heç biri baş vermədi. Əksər təşəbbüsləri tam uğursuzluqla nəticələnib, sosial təminatların azaldılmasına yönəlmiş əmək qanunvericiliyi islahatı həmkarlar ittifaqlarının güclü etirazı ilə qarşılaşıb.

2018-ci ildə başlayan "sarı jiletlilər"in kütləvi nümayişləri bir neçə il davam edib və ölkənin daha çox şəhər və rayonlarını əhatə edib. Hər il Makronun populyarlığı davamlı olaraq azalıb.

Cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən kütləvi etirazlar təkcə hökumətin istefasını deyil, həm də yeni seçkilərin keçirilməsini tələb edir, çünki vətəndaşlar hazırkı hakimiyyətin ölkə qarşısında duran çağırışlarla başa çıxa bilməyəcəyinə əmindirlər. Xüsusilə, əmək kollektivləri, təqaüdçülər və gənclər nümayişlərdə fəaldırlar ki, onlar üçün iqtisadi islahatlar və əsas mallara qiymətlərin artması sosial gərginliyin səbəbi olub. Bu etirazlar çox vaxt insanların ədalət və siyasi kursun dəyişdirilməsi tələbləri ilə küçələrə çıxdığı parlaq aksiyalarla müşayiət olunur.

Makron hökumətinin azğınlığı yuxarıda qeyd olunanlarla bitmir. Bu siyasət o həddə çatıb ki, keçmiş müstəmləkələrlə yanaşı, dənizaşırı əyalətləri də hədəfə alıb. Onların müstəqillik istəklərini qanla boğmaqdan belə çəkinməyib. Bu ərazilərin müstəqillik hərəkatını müdafiə edənlər isə hədəfə alınır. Rəsmi Bakının Qvadelupa, Martinika, Reyunyon, Mayotta, Yeni Kaledoniya və Fransız Polineziyasının azadlıq əldə etməsi ideyasını açıq şəkildə dəstəkləməsi Makron hökumətini azğınlaşdırıb.

Beləliklə, Makron və hökuməti ciddi böhranla üzləşib. Etimadın sürətlə azalması fonunda həm iqtisadi uğursuzluqlar, həm xarici çağırışlara yanlış reaksiya ortadadır. Fransa həm daxili, həm də beynəlxalq sabitlik üçün ciddi nəticələrlə siyasi xaosun mərkəzində qalmaq riski ilə üzləşir. Hələlik qaçılmaz olaraq bir şey aydın olur: Emmanuel Makrona etimad böhranı dərinləşməkdə davam edir və Fransa siyasi fəlakət həddində qalmaq riski ilə üzləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Fevral 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri