Icma.az
close
up
RU
Maksimum nəticə nədirsə, onun üçün üçün çalışacağıq Elvin Cəfərquliyev

Maksimum nəticə nədirsə, onun üçün üçün çalışacağıq Elvin Cəfərquliyev

Icma.az bildirir, sport24.az portalına istinadən.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna millisi ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, millimizin müdafiəçisi Elvin Cəfərquliyev oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Sabah çox yaşı komandaya qarşı oynayacağıq. Müəyyən təlimatları almışıq, rəqibi analiz etmişik. Çox vaxtımız yox idi ki, bu oyuna hazırlaşaq. Amma sabahkı matça komanda olaraq yaxşı hazırlaşıb, tam konsentrasiya olub, maksimum nəticə nədirsə, onun üçün üçün çalışacağıq".

- Fransa ilə çətin oyundan sonra Krakova gəlmisiz. Bərpa oluna bilmisiz?

- Çox da vaxtımız yoxdur. Amma düşünürəm ki, komanda olaraq yaxşı bərpa olmuşuq. Əsas odur ki, psixoloji hazır olaq. Fransa ilə görüşdə çox yorulmuşduq. Yaxşı mübarizə apardıq. Sabah da yaxşı oyun olacaq. Fransa ilə oyunu götürsək, sabahkı görüşdə daha da yorulacağıq. Rəqibi tanıyırıq. Yaxşı komandamız var. Sabah həm ağıllı, həm də özümüzə inamlı şəkildə çıxış etməliyik.

- Bakıda Ukrayna ilə 1:1 oynamışdınız və matçın ən yaxşısı idin. Həmin görüşdəki heç-heçə sabahkı matça təsir edəcək? Sizin üçün yaxşı motivasiyadır?

- O oyundan sonra Fransa ilə də oynamışıq. Yaxşı çıxış etmişdim. Amma Ukraynadan əsas olan xal almağımız idi. Öz performansımı kənara qoyuram, əsas komandadır. Motivasiyamız var, özümüzə inamlıyıq. Sabah çox vuruşmalıyıq ki, istədiyimiz nəticəni əldə edək. Qrupda çox çətin komandalar var. Ona görə də sabah qazanacağımız xal, qalibiyyət qrupdakı yerimizi dəyişə bilər. Bunun da ayrıca motivasiyası var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Oktyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri