Icma.az
close
up
RU
Malayziyada Azərbaycan yazıçılarının hekayələrindən ibarət “Ürəkdə yazı” kitabının müzakirəsi keçirilb AZƏRTAC

Malayziyada Azərbaycan yazıçılarının hekayələrindən ibarət “Ürəkdə yazı” kitabının müzakirəsi keçirilb AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pekin, 15 dekabr, AZƏRTAC

Malayziyanın Selanqor ştatının mərkəzi Şah Alam şəhərində yerləşən və ölkənin ən böyük kitabxanalarından biri olan Selangor Dövlət Kitabxanasında XX əsr Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitabın müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, əsasən tələbələrdən və müəllim-professor heyətindən ibarət 170-dən çox oxucunun iştirak etdiyi tədbirdə kitabxananın direktoru Datin Paduka Mastura Hacı Muhamad, Malayziya Tərcümə və Kitab İnstitutunun icraçı direktoru Sakri Abdullah və ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov çıxış ediblər. Natiqlər iki dost ölkə arasında əlaqələrin inkişafında mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu baxımından Azərbaycanın ədəbiyyat nümunələrinin tərcümə və çap edilməsinin əlamətdar hadisə olduğunu bildiriblər.

Qeyd olunub ki, azərbaycanlı alim, malay dili üzrə mütəxəssis Həbib Zərbəliyevin malay dilinə tərcümə etdiyi hekayələr toplusu ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Malayziya Tərcümə və Kitab İnstitutu tərəfindən çap olunub.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində dövlətimizin gördüyü işlərdən danışan səfir İ.Davudov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmindən danışıb. O, həmçinin qədim dövrlərdən başlayaraq, Azərbaycanın şifahi xalq ədəbiyyatının inkişafı, xalqımızın görkəmli yazıçı və şairləri barədə qısa məlumat verib.

Sultan İdris Universitetinin professoru Ariff Mohamadın moderatorluğu ilə keçən müzakirələrdə Malayziya Milli Universitetinin professoru Mavar Safei, yazıçı Seyid Mohd Zakir çıxış ediblər. Tədbirə Bakıdan onlayn formatda qoşulan professor H.Zərbəliyev Azərbaycan ədəbiyyatının müxtəlif qolları, şifahi və yazılı ədəbiyyatımızın inkişaf yolu, kitabda hekayələri yer almış yazıçılar C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.C.Paşayev, Elçin və Anarın yaradıcılığı barədə danışıb, onların timsalında XX əsr Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətləri barədə oxucuları məlumatlandırıb.

Müzakirələr sual-cavab sessiyası ilə davam etdirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri