Malayziyada təhsil alan gənclərimiz ölkəmizin tanıdılmasında fəal rol oynamağa çağırılıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Pekin, 24 noyabr, AZƏRTAC
Azərbaycanın Kuala-Lumpurdakı səfirliyində Malayziyanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə gənclərimizin Malayziyada tələbəlik həyatı, dərsdənkənar fəaliyyətləri, onların təhsil müddətində üzləşdikləri çətinliklər müzakirə olunub, mövcud problemlər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan diasporunun gördüyü işlər, diaspor təşkilatlarının fəaliyyəti və milli həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb, gənclərimizin hər biri layiqli vətəndaş olaraq ölkəmizin təbliği və həqiqətlərimizin dünyaya çatdırılmasında fəal rol oynamağa çağırılıb.
Səfir İrfan Davudov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə diqqət çəkib, qarşıya qoyulan hədəflərə nail olunmasında, kadr tələbatının ödənilməsində xaricdə ali təhsil almış gənclərimizin də rol oynayacağına inandığını vurğulayıb.
Tələbələr müxtəlif istiqamətlər üzrə öz layihələri və ideyaları haqqında fikirlərini bölüşüblər. Belə görüşlərin Malayziyada yaşayan azərbaycanlı gənclərin birliyinin gücləndirilməsi və onların Azərbaycan diaspor hərəkatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 24 Noyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















