Maldini İtaliya millisindən ayrıldı cəmi 10 gün sonra
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Maldini İtaliya millisindən ayrıldı - cəmi 10 gün sonra
İtaliya Futbol Federasiyasının (FIGC) texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo vəzifələrindən ayrılıblar.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, Maldini və Leonardonun bu qərarı verməsinə İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqonun Andrea Pirlonun yığmanın baş məşqçisi təyin olunmasına qarşı çıxması səbəb olub. Federasiya rəhbəri Pirlonun Rusiya bukmeker şirkətləri ilə əlaqələrini əsas gətirərək onun namizədliyini təsdiqləməyib.
Maldini və Leonardo isə milli komandaya yalnız Pirlonun baş məşqçi təyin olunmasını istəyiblər. Bu səbəbdən onlar təyinatlarından cəmi 10 gün sonra layihəni tərk etmək qərarına gəliblər.
Qeyd edək ki, daha əvvəl Andrea Pirlonun İtaliya millisinin baş məşqçi postuna əsas namizəd olduğu bildirilsə də, onun namizədliyi rədd edilmişdi. Pirlo özü də artıq yığmanın baş məşqçisi postuna namizəd olmadığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 27 İyul 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















