Icma.az
close
up
RU
İnvestor olmaq asandır” konsept mesajı ilə keçiriləcək Maliyyə İnvestisiya Forumunun təşkilatçıları ilə müsahibə

İnvestor olmaq asandır” konsept mesajı ilə keçiriləcək Maliyyə İnvestisiya Forumunun təşkilatçıları ilə müsahibə

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkənin ən böyük maliyyə tədbirlərindən biri olan Maliyyə İnvestisiya Forumu bu il "İnvestor olmaq asandır” konsept mesajı ilə mayın 23-də keçiriləcək. Forum “Facemark” və “AFBİA” şirkətlərinin birgə təşkilatçılığı ilə Gülüstan sarayında təşkil ediləcək. Tədbirdə "İnvestisiyanın Gücü və Yeni Trendlər", "Uğurlu İnvestisiya Qərarları" panelləri və Məruzəçilərin çıxışlarından ibarət panel üzrə müxtəlif mövzular müzakirə ediləcək.

Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər portalı tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edir:

Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisçisi

Bu il ölkəmizdə Maliyyə İnvestisiya Forumu keçirilir və maliyyə sektoru üçün strateji əhəmiyyət daşıyan platforma rolunu oynayır. Forumun əsas mövzusu və ya şüarı nədir?

- Maliyyə İnvestisiya Forumu "İnvestor olmaq asandır" konsept mesajı ilə keçiriləcək. Bu şüar, forumun əsas məqsədini – investisiya proseslərini daha əlçatan və başa düşülən etmək əks etdirir. Forum, investorların qarşılaşdığı çətinlikləri aradan qaldırmaq və investisiya mühitini daha şəffaf və cəlbedici etmək üçün nəzərdə tutulmuşdur.

Builki tədbirin məzmun və spiker seçimi nələri əhatə edəcək?

- Builki forumda məzmun baxımından daha geniş və dərin müzakirələr planlaşdırılır. Kapital bazarlarının inkişafı, şirkətlərin IPO vasitəsilə maliyyələşmə imkanları, yeni texnologiyaların və rəqəmsallaşmanın investisiya sektoruna təsiri kimi aktual mövzular gündəmdə olacaq. Spiker seçimi baxımından isə, həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış ekspertlər və sektor liderləri dəvət olunub. Təşkilati baxımdan isə forum daha interaktiv formatda keçiriləcək, panel müzakirələri, seminarlar və şəbəkələşmə imkanları ilə zənginləşdiriləcək.

Tədbir iştirakçılar üçün hansı yeni imkanlar, bilik mübadiləsi və əməkdaşlıq perspektivləri təqdim edəcək? Forumun nəticələrinin sektorda real təsirləri necə proqnozlaşdırılır?

- Forum iştirakçılara bir sıra yeni imkanlar təqdim edəcək. Bunlar arasında investorlar və şirkətlər arasında birbaşa əlaqələrin qurulması, bilik və təcrübə mübadiləsi, həmçinin potensial əməkdaşlıq perspektivlərinin müzakirəsi yer alır. Forumun nəticələrinin sektorda real təsirləri arasında isə investisiya mühitinin daha da inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin tətbiqi və investorların maarifləndirilməsi gözlənilir. Bu, ümumilikdə ölkənin iqtisadi inkişafına və maliyyə sektorunun güclənməsinə töhfə verəcək.

Orxan Bağırov - AKBA-nın Direktorlar Şurasının sədri

Yerli və regional səviyyədə kapital bazarlarının inkişafı ilə bağlı hansı dövlət və özəl sektor nümayəndələrinin iştirakı gözlənilir?

- Kapital bazarlarının davamlı və dayanıqlı inkişafı həm dövlət, həm də özəl sektor nümayəndələrinin fəal və uzlaşdırılmış əməkdaşlığını tələb edir. Bu baxımdan, yerli səviyyədə ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, eləcə də Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Dövlət Neft Fondu kimi strateji dövlət qurumlarının iştirakı xüsusi əhəmiyyət daşıyır.

Regional müstəvidə isə Türkiyə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri (xüsusilə Dubay) və digər qonşu ölkələrdən beynəlxalq maliyyə institutlarının nümayəndələrinin tədbirdə fəal iştirakı planlaşdırılır.

Kapital bazarının yerli infrastrukturu çərçivəsində Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, kommersiya bankları, investisiya və sığorta şirkətləri mühüm rol oynayan özəl sektor nümayəndələri sırasında yer alır.

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası olaraq, biz bu tərəfdaşlarla qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, dialoq platformalarının yaradılmasına və ortaq təşəbbüslərin həyata keçirilməsinə hər zaman açığıq. İnanırıq ki, müxtəlif maraqlı tərəflərin birgə fəaliyyəti sayəsində kapital bazarımız daha da güclənəcək, regional inteqrasiya isə yeni mərhələyə qədəm qoyacaqdır.

AFBİA olaraq təşkil etdiyiniz bu forumun məqsəd və nəticələri barədə nə düşünürsünüz? Təşkilatçı olaraq forumdan hansı uğurları gözləyirsiniz?

- Forumun əsas məqsədi bir tərəfdən kapital bazarlarından maliyyə vəsaiti cəlb etmək istəyən şirkətlərə, digər tərəfdən isə investisiya edərək gəlir əldə etmək istəyən fərdi və institusional investorlar üçün bu prosesin ən effektiv yollarını təqdim etməkdir. Biz forumda peşəkarların praktiki təcrübələrini birbaşa iştirakçılara çatdırmaqla bazarın hər iki tərəfində olan iştirakçılar üçün bilik platforması yaratmağı hədəfləmişik.

Ən böyük uğur kimi, iştirakçıların kapital bazarları haqqında maariflənməsi, investisiya proseslərini daha aydın və özünəinamla başa düşmələri və nəticədə əməli qərarlar verməyə başlamaları hesab olunur. Xüsusilə, forumun şirkət rəhbərləri və maliyyə direktorları üçün faydalı olacağına inanırıq. Onların investisiya şirkətləri ilə ilk təmas quraraq, forumdan sonra konkret danışıqlara başlaması və kapital bazarları vasitəsilə maliyyə strategiyalarını həyata keçirməsi gözlənilir.

İnvestisiya proseslərində qarşıya çıxan çətinliklər və risklər barədə forumda hansı müzakirələr keçiriləcək?

- İnvestisiya qərarları, təbii olaraq, risklər fonunda formalaşır və bu riskləri düzgün tanımayan və ölçə bilməyənlər üçün proses çətin görünə bilər. Forumda əsas müzakirə mövzularından biri də məhz bu olacaq, yəni investisiya mühitində rast gəlinən çətinliklərin və risklərin təhlili.

Eyni zamanda iştirakçılara bu riskləri necə daha obyektiv qiymətləndirmək və idarə etmək yolları təqdim ediləcək. Məqsədimiz bu prosesi qorxulu bir mərhələ kimi deyil, düzgün məlumat və alətlərlə asanlıqla öhdəsindən gəlmək mümkün olan bir imkan kimi göstərməkdir. Forum, maliyyəsini daha şüurlu idarə etmək və sərbəst vəsaitlərini iqtisadi baxımdan məqsədyönlü şəkildə yönləndirmək istəyən hər kəs üçün açıq və faydalı olacaq.

Pərvanə Qasımova - CFI Financial İnvestisiya Şirkətinin direktoru

Maliyyə və İnvestisiya Forumu kimi strateji bir tədbirə sponsorluq etməyinizin əsas səbəbləri nələrdir? Bu forumun sizin şirkətin dəyərləri və strategiyası ilə necə uzlaşdığını düşünürsünüz?

- CFI Azerbaijan İnvestisiya Şirkəti olaraq belə bir strateji tədbirin baş sponsoru olmaq bizim üçün həm qürurvericidir, həm də böyük məsuliyyətdir. Biz inanırıq ki, bu kimi forumlar cəmiyyətin maliyyə savadlılığının artırılmasında mühüm rol oynayır. İnvestisiya sahəsinin təmsilçisi kimi hesab edirik ki, vətəndaşlarımızın yalnız pul xərcləmə deyil, həm də investisiya etmə mədəniyyətini mənimsəməsi ölkənin iqtisadi inkişafına birbaşa töhfə verir. Bu baxımdan, Maliyyə və İnvestisiya Forumu bizim strateji məqsədlərimiz – maliyyə maarifləndirilməsi, dayanıqlı inkişaf və investor düşüncəsinin təşviqi ilə tam uzlaşır. Biz bu platformanı həm də bilik və təcrübə mübadiləsi, həmçinin peşəkar əlaqələrin qurulması üçün dəyərli fürsət kimi görürük.

Sizcə, bu kimi platformalar vasitəsilə özəl sektorun kapital bazarlarına töhfəsi və investorlarla əlaqəsi necə inkişaf etdirilə bilər?

- Əslində, belə platformalarda müzakirə olunmalı əsas məsələ – kapital bazarlarının özəl sektor üçün əhəmiyyəti və onun inkişafına verdiyi töhfədir. Çünki sirr deyil ki, özəl sektor daim sərbəst vəsaitə ehtiyac duyur, lakin ənənəvi maliyyə mənbələri, xüsusilə bank kreditləri, bu ehtiyacı tam qarşılamır. Kapital bazarları isə daha çevik və uzunmüddətli maliyyələşmə imkanları təqdim edir. Lakin bu imkanlardan faydalanmaq üçün şirkətlər düzgün şəkildə hazırlaşmalı, şəffaflığa və korporativ idarəetməyə ciddi yanaşmalıdırlar. Biz inanırıq ki, yaxşı hazırlıq görmüş şirkətlər İPO vasitəsilə istədikləri həcmdə vəsait cəlb edə bilər. Keyfiyyətli və şəffaf məhsulun isə bazarda hər zaman alıcısı olacaq.

Bu forumun da əsas üstünlüklərindən biri odur ki, burada həm şirkətlər, həm investorlar, həm də dövlət nümayəndələri arasında açıq dialoq üçün münbit zəmin yaradılır.

Şirkət olaraq maliyyə və investisiya sahəsində hansı innovativ məhsul və ya xidmətləri təqdim edirsiniz və bunları forum çərçivəsində paylaşmağı planlaşdırırsınızmı?

- CFI Azerbaijan olaraq daim yenilikçi həllərlə çıxış edirik və bazarın ehtiyaclarına uyğun məhsullar təqdim etməyə çalışırıq. Xüsusilə fərdi və institusional investorlar üçün sərmayə portfellərinin formalaşdırılması, risklərin idarə olunması, eləcə də kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi sahəsində bir sıra rəqəmsal və analitik alətlər tətbiq edirik.

Forum çərçivəsində həm bu xidmətlər haqqında məlumat verməyi, həm də  potensial investorlar və tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə etməyi planlaşdırırıq. Əsas məqsədimiz investorların etimadını qazanmaq, onları düzgün və effektiv investisiya qərarlarına yönəltməkdir.

Qeyd edək ki, tədbirdə indiyədək 250+ spiker, moderator və 3000+ şirkət əməkdaşı iştirak edib. Sahə üzrə ən son yeniliklərdən xəbərdar olmaq və sektorda lider mövqeyə yüksəlmək istəyənlər üçün Maliyyə və İnvestisiya Forumu əvəzolunmaz bir platforma rolunu oynayacaq.

Tədbirə bilet əldə etmək və ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/fifbaku.azInstagram: https://www.instagram.com/financialinvestmentforum/Linkedln: https://www.linkedin.com/company/fifbaku-az/?viewAsMember=true
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see212

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see204

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see194

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see165

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see156

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see132

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see132

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see132

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see129

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see129

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see125

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see125

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see125

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see125

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see124

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see123

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see122

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri