Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN də də müavindir?

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN də də müavindir?

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Şərafət Məmmədova, Pərviz Hüseynov, Ceyhun Məmmədov “inzibati üçlüyü”nün növbəti qeyri-prosessuallığı ƏƏSM naziri Sahil Babayevin 18.02.2020-ci il tarixli əmri ilə DSMF-də yaradılan Məhkəmə Mübahisələri ilə İş İdarəsinin (hazırda Mərkəzi Filial) pensiyaçıların, Qarabağ əlillərinin, müharibə veteranlarının, qazilərin, şəhid ailələrinin... sosial təminat, məhkəmə müdafiəsi hüququna qadağa olması, qanunsuzluğu, Konstitusiyaya zidd olması şübhə doğurmayan faktdır. Ən başlıcası, icra hakimiyyəti orqanında məhkəmə filialı yaradıla bilməz və bu qurumun məramı da açıq şəkildə vətəndaşların dövlət tərəfindən sosial müdafiəsinə məhkəmə qaydasında “peşəkar” qadağadan özgə bir şey deyil. Elə filialın əsas məramı da (sonradan bir az da təkmilləşdirilən) əmrdə göstərilib: “Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filial ƏMƏK PENSİYALARI, SOSİAL MÜAVİNƏTLƏR, ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI və s. məsələlərlə bağlı Nazirlik və Fonda, eləcə də Fondun filiallarına qarşı MƏHKƏMƏDƏ qaldırılan İDDİALAR, Fondun İDDİAÇI və ÜÇÜNCÜ ŞƏXS qismində çıxış etdiyi işlər üzrə MƏHKƏMƏLƏRDƏ təmsilçilik və hüquqi müdafiəsini təmin edir”. Haqlı sual doğur, bəs nazirliyin hüquq şöbəsi nədən ötrüdür? Eyni zamanda, filialın toxunulmazlığı da üzə çıxır. Yəni bütün mübahisələrdə filiala qarşı nə iddia qaldırmaq olar, nə də başqa hüquqi tədbir görülə bilər. Məhkəmələr özləri buna yol vermir ki, filial “müdafiəçidir”, “başqasının” (yəni nazirliyin) “hüquq qoruyucusudur”, dövlətin sosial müdafiə siyasətini pensiyaçıların, əlillərin, şəhid ailələrinin, qazilərin, bir sözlə sosial müdafiəyə ehtiyacı olan şəxslərin konstitusion “hücumlarından” qoruyur! (??) Daha bir haqlı sual: Bəs sosial müdafiəyə ehtiyacı olan şəxslərin hüquqlarını hansı dövlət qurumu təmin etməlidir? Dövlət (qurumu) özünə peşəkar müdafiəçi ordusu yaradıbsa, qarşı tərəfə də bu hüquq yardımını etməyə borcludur axı! Belə birtərəfli hüquq müdafiəçiliyi ilə hansı əlil, qazi, şəhid ailəsi, pensiyaçı sosial müdafiə oluna bilər? Özü də DSMF-in Məhkəmə Filialı tam tərkibdə 39 saylı vəkil bürosundan ibarətdir. Filialın direktoru Abuzər Mütəllimov, direktor müavinləri Məsili Nicat, Daşqın İbadov (Roman İsmayılov iki ildir Füzuli hərbi məhkəməsinə hakim edilib), departament müdirləri Arzu Səfərova, Emil İsgəndərli (bu vəkilin əlillərə qarşı özbaşınalıq xidməti yüksək qiymətləndirilib, adi mütəxəssisdən departament müdirinə kimi “ucalıb”), Yeganə Məmmədova hamısı 39 saylı vəkil bürosunun vəkilləridir. Onu da vurğulayaq ki, məhkəmə filialının-39 saylı vəkil bürosunun konkret işlər üzrə uyğun etibarnamə olmadan məhkəmə işlərinə buraxılması da qanunsuzdur. Təsəvvür edin, cavabdeh hansısa pensiya filialıdırsa, ona qarşı iddialarda yalnız həmin pensiya filialının rəhbərinin verdiyi etibarnamə ilə MƏHKƏMƏ FİLİALI işə çıxa bilər. Halbuki bütün mübahisələrdə qanunvericiliyin bu tələbinə əməl edilmir. Məhkəmələrə illər öncə DSMF sədrinin, ƏƏSMN müavinin MƏHKƏMƏ FİLİALINA-39 SAYLI VƏKİL BÜROSUNA topdan verdiyi “ETİBARNAMƏ”(lər) təqdim edilir. Bilirsiniz niyə? Axı, ƏƏSMN-in, DSMF-in “vaxtı yoxdur” əhalini sosial yöndən müdafiə etsin; əhalinin ayrı-ayrı təbəqələrinin qaldırdığı iddialar isə o qədər çoxdur ki, hərəsinə bir etibarnamə vermək praktiki mümkün deyil. Ona görə də “topdan etibarnamə” özbaşınalığı hələ də qüvvədədir. Bu sətirlərin yazarının ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana DSMFdə yaradılan MƏHKƏMƏ FİLİALININ Konstitusiyaya zidd olması səbəbindən Konstitusiya Məhkəməsinə (KM) sorğu göndərilməsi barədə müraciətlərinə heç bir reaksiya verilmir. Yalnız Ombudsman Aparatı özümün sorğu verməyimi (??) məsləhət bilib. Halbuki vətəndaşın KM-ə sorğu vermək hüququ yoxdur. Belə görünür ki, qanunsuzluq hakimiyyət orqanları, ombudsmanla razılaşdırılıb, yoxsa bu yekəlikdə özbaşınalıq ola bilməz! İPM-in XV fəslinə (“Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə icraat) uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində “ ƏƏSMN-in 18.02.2020-ci il tarixli əmrinin etibarsız sayılması” tələbi ilə qaldırılan iddia 17.06.2025-ci ildə qeydə alındı və... artıq iki ildir 1-ci dərəcəli Qarabağ əlilinin müdafiə, hüquqi yardım, məhkəmə təminatı hüququna qərəzli qadağa qoyan Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov üçlüyünə verildiyi bildirilən kimi məhkəmə tərkibinə etiraz edildi. Etiraza baxılmadan qərəzli heyət iddianı mümkün saymayıb. Halbuki belə işlərdə mümkünlük şərti nəzərdə tutulmayıb. Özü də heç mümkünsüzlüyə əsas da yoxdur. Məhkəmə tərkibi qarşı tərəfin- qanunsuzluğu mübahisə edilən MƏHKƏMƏ FİLİALININ (39 SAYLI VƏKİL BÜROSUNUN) qeyriprosessual sifarişi ilə iddiaçı Qarabağ qazisinin iddia qaldırmaqda subyektiv hüququnun olmadığını (?) qərara alıb. Əlbəttə, iki il qabaq eyni tərəflər arasında mübahisədə “tərəflərin hüquq bərabərliyini pozmaq” “əsası” ilə 1-ci dərəcəli Qarabağ qazisinə dövlət hesabına vəkillə təminatdan imtina edən, bu imtinanı ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQU kimi aktlaşdıran eyni heyətdən (Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov (indi Ceyhun Məmmədov) növbəti qeyri-prosessuallıqdan özgə nə gözləmək olardı? Qeyri-prosessuallığa baxın, onda da ƏƏSMN tabeliyində DSMF-in MƏHKƏMƏ FİLİALI Şərafət Məmmədova və b. qeyri-prosessual sifariş edib, indi də. Sadəcə iki il qabaq topdan etibarnaməni imzalayan DSMF sədri olub, indi isə ƏƏSMN müavini ANAR KƏRİMOV. Bəyəm Anar Kərimov 4 aydır maliyyə nazirinin 1-ci müavini deyil? Qarşı tərəf hazırkı ƏƏSMN sədrinin, yaxud onun müavinin topdan etibarnaməsini “vaxt çatışmazlığından” təşkil edə bilməyib və ...Anar Kərimovun ilin əvvəlində-30 yanvarda imzaladığı etibarnaməni “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” möhürü ilə təsdiqləyiblər. Elə bu faktın özü məhkəməni qanunsuz əmri ləğv etməyə, etibarsız saymağa əsas versə də, iddianın mümkün sayılmamasına üstünlük verilib. Özbaşınalığa baxın, qanunsuzluğu mübahisələndirilən MƏHKƏMƏ FİLİALI işdə ƏƏSMN-in “hüququnu” necə müdafiə edə bilər? Biz elə bu qanunsuz müdafiəçilikdən şikayətçiyik də! Anar Kərimovun imzaladığı topdan etibarnamədə də MƏHKƏMƏ FİLİALININ belə işlərə yox, “ƏƏSMN-in tərəf olduğu ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI, HƏRBİ QULLUQÇULARIN və DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ VƏRƏSƏLƏRİNƏ (yəni şəhid uşaqlarına, ailələrin və b.- M.B.) BİRDƏFƏLİK ÖDƏMƏNİN VERİLMƏSİ, habelə CİNAYƏT İŞLƏRİ ÜZRƏ İŞİN MÜVƏFFƏQİYYƏTLİ HƏLLİ ÜÇÜN zəruri olan PROSESSUAL HƏRƏKƏRTLƏRİN EDİLMƏSİ MƏQSƏDİLƏ (14 MƏHKƏMƏ FİLİALInın departament müdirləri, İŞÇİləriVƏKİLƏ) verildiyi yazılıb. Bu 14 (DSMF sədrinin etibarnaməsində siyahı daha uzundur, 40 çatır) vəzifəli şəxsin, vəkilin adını yazsaq, yazını sona çatdıra bilməyəcəyik. Burda nöqtələmək zamanıdır, amma Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası başda olmaqla, bütün dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana, KM-ə müraciətlərimiz sürür. ƏƏSMN-in sifarişini Konstitusiyadan üstün tutan məhkəmələr, hakimləri Konstitusiyaya boyun əydirmək dövlətin borcudur. Belə sosial müdafiə siyasəti heç bir dövlətə başucalığı gətirə bilməz.  Məğrur Bədəlsoy, konstitusion təminata subyektiv hüququ olmayan 1-ci dərəcəli Qarabağ qazisi   GundemXeber.Az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Avqust 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri