Icma.az
close
up
RU
Maliyyə Nazirliyi bu qurumda milyonlarla yeyinti faktını üzə çıxardı, amma... ŞOK İDDİA

Maliyyə Nazirliyi bu qurumda milyonlarla yeyinti faktını üzə çıxardı, amma... ŞOK İDDİA

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı sakini Xanəhməd Əsgərovdan şok iddia: “Nazirlik Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində mənimsənilən dövlət vəsaitinin bölünməsində “ortaq məxrəcə” gələ bilmirlər”

Bakı şəhər sakini, ixtisasca aqronom olan Əsgərov Xanəhməd Əli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Hörmətli Prezident!

Bildirim ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yaşıllıqlara qulluq üçün ayrılmış milyonlarla dövlət vəsaiti mənimsənilib. Bu barədə Prezident Administirasiyasına, Bakı Şəhər İcra Hakimiyyətinə, Maliyyə Nazirliyinə və Baş Prokurorluğa sayı bilinməyən müraciətlər göndərmişəm. Məsələ ilə əlaqədar Eldar Əzizova etdiyim saysız-hesabsız müraciətlərə baxmayaraq, BŞİH rəhbəri mənimlə görüşməkdən imtina edir.

Maliyyə naziri Sahil Babayevə də məni qəbul etməsi üçün 3 dəfə müraciət etmişəm. Hər dəfə məni aldadıblar. Görüş zamanı nazirliyin yeni kadr işçilərindən olan 2 nəfər ayrılıb. Onlar isə mən deyənləri anlamadıqları üçün söhbəti yarımçıq dayandırmışam. 

O cümlədən, Prokurorluq orqanları da şikayəti təmin etmirlər. Yoxlama aparılsa, bütün sübutlar göz önünə çıxarılar. Dəfələrlə prokurorluğa müraciət etmişəm, lakin əlaqəsi olmayan cavablar verirlər.

Hörmətli Prezident!

Prezident Administrasiyası da müraciətlərimi Sizə catdirmaq əvəzinə, məktubumu fəaliyyətindən şikayət olunan və külli miqdarda dövlət vəsaitini talayan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndərib. Onlar da müraciətimə özlərinə sərf edən şəkildə, aidiyyəti olmayan cavablar yazirlar.

Maliyyə naziri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində 6 ay yoxlama apardı və milyonlarla dövlət vəsaitinin mənimsənildiyini aşkarladı. Əgər hər hansı bir təşkilatda yoxlama 3 aydan artıq davam edərsə, o zaman hüquq mühafizə orqanları dəvət olunmalıdır. Ancaq Maliyyə Nazirliyi kimə görə, hansısa səbəbdən bunu etmədi.

Bu gun də Maliyyə Nazirliyi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində mənimsənilmiş dövlət vəsaitinin bölünməsində “ortaq məxrəcə” gələ bilmirlər. Ona görə də, aralarında olan kəsiri düzəltmək üçün Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Karyel yolu”nda Maliyyə Nazirliyinə məxsus olan sahənin yaşıllaşdırılmasını qurumun baş direktoru Mirdamət Seyidov və “tenderlər kralı” Ramazan Mirzəyevin üzərinə qoyublar”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiydan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

**

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Dekabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see305

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see146

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see140

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see139

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see137

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see135

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see126

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri