Icma.az
close
up
RU
Maliyyə Nazirliyi ictimai qurumların maliyyə hesabatlarını tərtib edən təşkilatlara müraciət edib

Maliyyə Nazirliyi ictimai qurumların maliyyə hesabatlarını tərtib edən təşkilatlara müraciət edib

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən təşkilatlara müraciət edib.

Müraciətdə deyilir ki, dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə nazirliyə təqdim edirlər.

Qanunun 12.3-cü və 12-1.9-cu maddələrinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd olunan kommersiya təşkilatlarından və müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqi şəxslərdən internet səhifəsi olduqda, illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internet səhifəsində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur.

Sözügedən Qanunun 12-1.5-ci maddəsinə əsasən publik hüquqi şəxslər və adıçəkilən Qanunun tələblərinin yerinə yetirilməsi üçün Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nın 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilir.

İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər və hüquqi şəxslər barəsində inzibati məsuliyyət nəzərdə tutulur.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət etmək olar:

Tel: 012-404 46 99, daxili nömrələr 253, 239, 214.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:23
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 07 Aprel 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İranı daha sərt sanksiyalarla hədələdi

08 Aprel 2025 19:46see164

Renatgil döyər, yoxsa Bədavigil? REPLİKA

09 Aprel 2025 01:04see132

Günəbaxan tumlarının inanılmaz FAYDASI

08 Aprel 2025 21:29see130

Dəmir çatışmazlığı 7 ciddi problem yaradır

08 Aprel 2025 23:10see126

Sorğu almanların kansler Merzə münasibətini ortaya qoyur

08 Aprel 2025 20:25see126

Bu gün Bakıda prezidentin iştirakı ilə forum keçiriləcək

09 Aprel 2025 09:27see118

İtaliyada Etna vulkanı kül və lava püskürür

09 Aprel 2025 10:47see117

Brent markalı neft ucuzlaşmağa davam edir

09 Aprel 2025 01:19see117

Çinli hərbi əsirləri yalnız onlarla dəyişəcəyik Zelenski şərtlərini bildirdi

10 Aprel 2025 00:06see116

ŞOK: Xəbərdarlıq edildi: Bu hadisə baş verərsə, 300 min insan öləcək

08 Aprel 2025 21:28see115

Netanyahu Trampla görüşdən sonra İran üçün iki ssenarinin adını çəkdi

09 Aprel 2025 09:01see114

Kadırov polisə hucum edən şəxsin atasını və qardaşlarını ölkədən qovdu

09 Aprel 2025 12:10see113

Türk dövlətləri Canubi Kiprdə niyə səfirlik açır?

09 Aprel 2025 18:08see112

Dünyanın ən güclü dövləti... Prezident

09 Aprel 2025 11:57see112

Rusiya və ABŞ arasında İstanbul görüşündə Ukrayna müzakirə olunmayacaq

09 Aprel 2025 04:44see112

ABŞ narkokartellərə müharibə elan etdi

08 Aprel 2025 16:49see111

Bu simptomlar xərçəngdən xəbər verə bilər

10 Aprel 2025 01:56see110

Türkiyə millisinin üzvü: Münhendə qalib gəlmək çox çətindi, amma...

09 Aprel 2025 09:03see110

Real Madrid Ançelottini istefaya göndərə bilər

08 Aprel 2025 15:20see110

“Ya danışıq aparacaqlar, ya da bədələini ödəyəcəklər” Tramp İranı hədələdi

09 Aprel 2025 11:07see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri