“AFFA tərəfindən adekvat addımlar atılacaq” Seymur Səlimli “Sabah”ın bəyanatından danışdı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Bilindiyi kimi, “Sabah”ın sabiq futbolçusu və kapitanı, hazırda “Neftçi”nin şərəfini qoruyan Elvin Camalovla bağlı məlum bəyanatı gündəmi zəbt etdi. Əlbəttə, “bayquşlar”ın ittihamları yetərincə ciddidi.
Bəs. belə iddialar necə qarşılanmalıdı? Artıq başqa matçların nəticələrinin şəffaflığına da şübhə ilə yanaşa bilərikmi?
“Football-plus.az” bu suallarla UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliyə müraciət etdi:
“Düzü, “Sabah”ın bəyanatı haqda məlumatım yoxdu. Bu barədə mənə bilgi verilməyib. Klub AFFA-ya müraciət edibsə, federasiya tərəfindən adekvat addımlar atılacaq və lazımi araşdırma aparılacaq”.
KƏNAN BAHADIR

Seymur Səlimli Gəncəyə niyə gedib?
05 Noyabr 2024 17:41
Seymur Səlimli bu dəfə U17nin üzvlərinə seminar keçib
11 Noyabr 2024 14:12
Seymur Səlimli bu dəfə Zaqatala ya dərs keçdi
17 Fevral 2025 13:56
AFFA Sabah ın məşqçisinə ağır cəza verdi
03 Aprel 2025 13:31
Seymur Səlimli bu dəfə Yevlax klubunun düşərgəsinə baş çəkdi
07 Mart 2025 16:02

