Icma.az
close
up
RU
O adamın şəkli illərlə efirdə getdi, halbuki tapmışdıq

O adamın şəkli illərlə efirdə getdi, halbuki tapmışdıq

Icma.az, Axsham.az saytına istinadən bildirir.

"2011-ci ildə yaşlı bir ana gəlmişdi ki, 16 ildir oğlumu axtarıram. Ən çətin axtarışlarımdan biri idi. Ona 2014-də xəbər verə bildim. Rusiyada ucqar bir qəsəbədə idi. Orada yalnız o azərbaycanlı idi. Dedim ki, anan səni axtarır. O da cavab verdi ki, mən özüm özümü itirmişəm. Bilmədim, gülüm, ya ağlayım".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günə bax" verilişində deyib. O, aparıcısı olduğu proqramda qarşılaşdığı ən çətin axtarışlardan söz açıb:

"Həmin şəxsə söylədim ki, sən o ananın tək övladısan, necə özünü itirə bilərsən? Bildirdi ki, özüm etmişəm, onu görmək istəmirəm. Cavab verdim ki, bəs, gedib indi anan nə deyim? Söylədi ki, "sizdən bir xahişim var, anama deyin ki, tapmadım. Qoy, o ümidlə yaşasın. Tapdım, gəlmədi desəz, o, qadın öləcək". Bu günə qədər məni maraqlandıran odur ki, səbəb nə idi ki, o oğlan özünü itirmişdi. Niyəsini demədi. Qadın ölən günə qədər bunu bilmədi . Bu gün də düşünürəm ki, deməməklə doğru etdim? Gərək deyərdim? Çünki ana oğlunu görmədən getdi. Doğru etdim, ya yanlış, bugünə qədər bu sualın cavabını tapa bilməmişəm".

Xoşqədəm bəzi axtarışlardan sonra psixoloqa müraciət etdiyi vurğulayıb:

"Həmin hadisə ilə bağlı psixolaqa da getdim. Son dönəmlər çox pis olmuşdum. O da dedi ki, sən əslində yaxşı etmisən. O qadına bunu desən, həmin xəbərdən öləcəkdi. Bəlkə də bir ümidlə gedib ki, oğlu sağdır, onu sevir. Çox az sayda belə talelər olub ki, çəkilişlərdən sonra psixoloqlardan kömək almışam. Həqiqətən bir neçə insan olub ki, tapmışıq, bizə deyiblər ki, özümüz itmişik. Hətta biri məni məhkəmə ilə hədələdi. Dedi ki, yerimi deməyin, yoxsa sizi məhkəməyə verəcəyəm, məni tapmamısınız. O adamın şəkli illərlə efirdə getdi, halbuki tapmışdıq. Anası rahat olsun deyə, belə etdik. O talelərə baxanda şükür edirəm. Həyat qısadır, bir-biriniz sevin. Qısaqnclıq, paxıllıqdan uzaq olun".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://axsam.az
archiveBu xəbər 10 Aprel 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri