Icma.az
close
up
RU
Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib

Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə nazirinin müavini Himalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankının İnstitutlar üzrə Qlobal İctimai Maliyyə və İnvestisiya İdarəçiliyi Təcrübə Meneceri Serdar Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Maliyyə Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Maliyyə Nazirliyində keçirilmiş əvvəlki görüşün davamı olaraq, budəfəki müzakirələr ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə mexanizmləri, dövlət maliyyə idarəçiliyində tətbiq olunan rəqəmsal platformalar, həmçinin Dünya Bankının dəstəyi ilə həyata keçirilən rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi layihəsinə həsr olunub.

H.Məmişov Azərbaycanın dövlət maliyyə idarəçiliyində həyata keçirilən yeniliklər, tətbiq edilən rəqəmsal platformalar barədə ətraflı məlumat verib. O vurğulayıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi bütün sahələrdə rəqəmsal transformasiyanı dəstəkləyir və bu təşəbbüslər dayanıqlı, şəffaf maliyyə idarəçiliyinin inkişafına xidmət edir. Nazir müavini qeyd edib ki, layihə Rəqəmsal Dövlət Maliyyə İnformasiya sisteminin arxitekturasının formalaşdırılmasına, o cümlədən nəticəəsaslı büdcə idarəçiliyinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verəcək.

S.Yılmaz Azərbaycan Hökumətinin rəqəmsal transformasiya və dövlət maliyyə sistemlərinin müasirləşdirilməsi istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib. O, planlaşdırılan layihənin ölkədə dayanıqlı və şəffaf maliyyə idarəçiliyi üçün yeni imkanlar yaradacağını bildirib.

Görüşdə layihə çərçivəsində həyata keçiriləcək altı əsas modul — dövlət maliyyə idarəetməsi sahəsində informasiya sistemləri və rəqəmsal texnologiyaların müəyyənləşdirilməsi, İKT idarəetmə sisteminin kastomizasiyası, infrastruktur ehtiyacları, kibertəhlükəsizlik səviyyəsi, qarşılıqlı funksional əlaqələnmə və süni intellektə hazırlıq səviyyəsinin qiymətləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Sonda tərəflər layihənin uğurlu icrası üçün birgə fəaliyyətin və koordinasiyanın vacibliyini vurğulayıb, növbəti mərhələlər üzrə praktiki addımları razılaşdırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri