Icma.az
close
up
RU
Maliyyə Nazirliyində kollegiya iclası keçirilərək müvafiq qərarlar qəbul edilb

Maliyyə Nazirliyində kollegiya iclası keçirilərək müvafiq qərarlar qəbul edilb

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İyunun 5-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2024-cü ildə görülmüş işlər, əhalinin sağlamlığının qorunması sahəsində ötən il həyata keçirilmiş tədbirlər, cari məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət 2024-cü ildə ölkənin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin təmin olunmasına mühüm töhfə verib. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da möhkəmlənməsinə şərait yaradıb.

Kollegiya iclasında 2024-cü ilin dövlət büdcəsinin icrası barədə məsələlərə toxunulub, dövlət büdcəsinin mədaxilinin 37,2 milyard manat olmaqla, proqnoza qarşı 774 milyon manat və ya 2,1 faiz çox icra edildiyini bildirilib. Ötən ilin dövlət büdcəsinin xərcləri isə proqnozun 95 faizi həcmində və ya 37,7 milyard manat icra edilib. Dövlət büdcəsinin kəsri isə nəzərdə tutulan proqnozdan 2,8 milyard manat və ya 83,5 faiz az olub.

Maliyyə naziri bildirib ki, il ərzində dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən müdafiə, milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial təminat və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, biznesə iqtisadi dəstək tədbirləri, habelə təhsil, səhiyyə, investisiya, mədəniyyət, idman və digər sahələrdə zəruri xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib.

Qeyd olunub ki, dövlət büdcəsinin icrası çərçivəsində il ərzində xəzinədarlıq orqanları tərəfindən ümumilikdə 1 milyon 587 min ödəniş sənədi icra olunub.

S.Babayev dövlət maliyyəsinin idarə olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın sürətləndirilməsinin vacibliyini vurğulayıb, Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xəzinə xidmətlərinin keyfiyyətinin və operativliyinin artırılması, risk əsaslı avtomatik ödəniş sisteminin qurulması, ödəniş prosesinin sadələşdirilməsi və elektronlaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Eyni zamanda, nazir risk əsaslı qiymətləndirmə meyarları əsasında ödənişlərin icrasını təmin etmək məqsədilə Dövlət Maliyyə Nəzarəti Xidməti ilə birgə fəaliyyətin təşkil edilməsinin zəruriliyini qeyd edib, bu mexanizmin tətbiqi nəticəsində büdcə vəsaitləri üzərində nəzarətin daha da gücləndiriləcəyini vurğulayıb.

Kollegiya iclasında 2024-cü ildə əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən də bəhs olunub. Bildirilib ki, dövlət büdcəsinin imkanlarının genişlənməsi nəticəsində səhiyyə sahəsinə ayrılan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, son 5 il ərzində səhiyyə xərclərində artım 2,1 dəfə olub. 2024-cü ilin dövlət büdcəsində “Səhiyyə” bölməsi üzrə xərclərin icrası 1 milyard 828,8 milyon manat təşkil edib. Bu vəsaitin əsas hissəsi əhalinin büdcə vəsaiti hesabına icbari tibbi sığorta ilə əhatə olunmasına və bir sıra dövlət proqramlarının maliyyələşdirilməsinə sərf olunub.

Kollegiyanın sədri əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən islahatlar üzrə Maliyyə Nazirliyinin səlahiyyətləri çərçivəsində qarşıda duran vəzifələrin operativ icrasının davam etdirilməsi, həyata keçirilən islahatların maliyyə təminatı ilə bağlı zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verib.

Kollegiya iclasında Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti, eləcə də Nazirlik sistemində çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı mövcud vəziyyətin təhlilinə dair təqdimatlar nümayiş etdirilib və müvafiq məruzələr dinlənilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrasının qiymətləndirilməsi sisteminin tətbiq olunduğu son 3 il ərzində Maliyyə Nazirliyi üzrə icra göstəricisi 97%-dən yuxarı olub. Hazırkı qiymətləndirməyə əsasən, 17 nazirlik arasında tapşırıqların sayı ilə onların icra faizi nisbətinə görə Maliyyə Nazirliyi ən yüksək nəticə göstərən qurumlardan biri kimi ön sıralarda yer alır.

Cari ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdən bəhs edən Sahil Babayev 2026-cı il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin tərtib olunaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.

İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 İyun 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri