Icma.az
close
up
RU
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında 2026-cı il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üzrə icmal büdcə göstəriciləri, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Nazirliyin növbəti Kollegiya iclası əlamətdar tarixdə – Dövlət Suverenliyi Günü ərəfəsində keçirilir. Nazir bu günün tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.

Kollegiyanın sədri qeyd edib ki, 2026-cı il dövlət və icmal büdcə göstəriciləri dövlətin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etməklə, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritet və inkişaf istiqamətlərinə uyğun olaraq həyata keçiriləcək tədbir və layihələr üçün maliyyə təminatı yaradacaq.

2026-cı il üzrə əsas xərc istiqamətlərindən bəhs edən nazir ölkənin müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi, ərzaq təhlükəsizliyi, investisiya layihələrinin həyata keçirilməsi, publik hüquqi şəxslərin dövlət sifarişi ilə gördüyü iş və göstərdiyi xidmətlər, dövlət borcuna xidmətlə bağlı xərclər, həmçinin dövlətin funksiya və vəzifələrinə aid olan digər zəruri xərclərin təmin olunacağını vurğulayıb.

Kollegiya iclasında 2026-cı il üzrə dövlət və icmal büdcələrin proqnozlaşdırılan parametrləri barədə də məlumat verilib. Qeyd olunub ki, icmal büdcənin gəlirləri 44,8 milyard manat, xərcləri 48,7 milyard manat proqnozlaşdırılır. Gələn il üçün dövlət büdcəsinin isə gəlirləri 38,4 milyard manat,  xərcləri 41,5 milyard manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlərin 57,4 faizi qeyri-neft sektorunun payına düşür və bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. 2026-cı ildə dövlət büdcəsinin cari xərcləri ümumi xərclərin 59,6 faizini, əsaslı xərclər 34,5 faizini, dövlət borcuna xidmətlə bağlı xərclər isə 5,9 faizini təşkil edəcək. Büdcə kəsiri ÜDM-in 2,3 faizi həcmində müəyyən edilib ki, bu da əsasən daxili və xarici borclanma, özəlləşdirmədən daxilolmalar, həmçinin xəzinə qalığı hesabına maliyyələşdiriləcəkdir. Büdcə qaydası çərçivəsində qeyri-neft baza kəsirinin tədricən azaldılması və fiskal dayanıqlığın gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub.

Nazir büdcə sənədlərinin məzmununun və dərc edilmə müddətinin beynəlxalq standartlara uyğunlaşdırılması, hesabatlılığı təmin edən elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası, büdcə vəsaitlərinin uçotunun təkmilləşdirilməsi, büdcə prosesinin müxtəlif mərhələlərinin avtomatlaşdırılması ilə bağlı başlanmış işlərin qısa müddətdə başa çatdırılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verib. O, bu tapşırıqların icrasının büdcə prosesinin müasir standartlar əsasında təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının iştirak imkanlarının genişləndirilməsinə, həmçinin dövlət maliyyəsinin idarə edilməsində səmərəlilik, operativlik və ədalətlilik prinsiplərinin qorunmasına xidmət edəcəyini vurğulayıb.

İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyasına əsasən, ümumi dövlət borcunun ÜDM-ə nisbəti 30 faizdən aşağı saxlanıb, xarici borc tədricən azaldılıb və faiz dərəcəsi riski məqbul səviyyədə qorunub. 01 iyul 2025-ci il tarixinə dövlət borcu 25,7 milyard manat təşkil edib ki, bunun 33,2 faizi xarici, 66,8 faizi daxili borcdur.

Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Agentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrə uçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq və digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə işlər aparılır.

Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, “Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədinin layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.

İclasda Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərindən də bəhs olunub. Qeyd olunub ki, cari ilin ilk 8 ayı ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləri ilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib. 

Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindən biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.

S.Babayev Nazirlik sistemində tətbiq olunan informasiya sistemlərindən əldə olunan məlumatlar əsasında risk əsaslı yanaşma və təhlil metodlarının tətbiqi ilə nəzarət tədbirlərinin aparılmasının vacibliyini bildirib. Nazir həmçinin, yoxlama tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması, dövlət büdcəsinə dəymiş ziyanın bərpasının izlənməsi mexanizminin yaradılması, həmçinin Xidmətin kadr potensialının gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı görülən işlərdən danışan nazir qeyd edib ki, Fərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmaların tətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyə intizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edəcək.

Maliyyə naziri Kollegiya iclasında qəbul olunmuş qərarların tam, vaxtında və keyfiyyətlə icra olunmasına dair müvafiq tapşırıqlar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://marja.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri