Maliyyə Nazirliyindən yeni istiqraz hərracı
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərracın keçiriləcəyini elan edib.
“Yeni Sabah” xəbər verir ki, İSİN kodu AZ0201240014 olan bu qiymətli kağızların ümumi nominal dəyəri 200 000 000 manat, miqdarı 2 000 000 ədəd, hər birinin nominal qiyməti isə 100 manat təşkil edir. Tədavül müddəti 1080 gün (3 il) olan istiqrazlar üzrə illik kupon dərəcəsi 7,0% müəyyənləşdirilib. Kupon ödənişləri 2027, 2028 və 2029-cu illərin 1 mart və 1 sentyabr tarixlərində olmaqla 6 mərhələdə həyata keçiriləcək, əsas borc məbləği isə 1 sentyabr 2029-cu ildə tam ödəniləcək.
Hərracın qaydalarına əsasən, qeyri-rəqabətli sifarişlər ümumi buraxılışın maksimum 20%-i həcmində daxil edilə bilər. Daxil olan sifarişlərin həcmi təklif olunan məbləğin 20%-dən aşağı olarsa, Emitent (Maliyyə Nazirliyi) onları qəbul etməyə bilər. Tələb təklifi üstələyəcəyi və təklif olunan qiymətlər əlverişli olacağı təqdirdə isə satışa çıxarılan istiqrazların həcmi 100 faizədək artırıla bilər. pizza mizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 27 Avqust 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















