Maliyyə Nazirliyindən böyük addım
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Maliyyə Nazirliyi 200 milyon manatlıq dövlət istiqrazlarını hərraca çıxarır
Oktyabrın 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Yeni Sabah” xəbər verir ki, hərraca məcmu nominal dəyəri 200 milyon manat olan 2 000 000 ədəd kuponlu, ortamüddətli dövlət istiqrazları çıxarılacaq. Qiymətli kağızların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti isə 1080 gün təşkil edir. İstiqrazların kupon dərəcəsi illik 7,0% müəyyən olunub. Dördpendirli pizza
İstiqrazlar üzrə kupon ödənişləri 6 aydan bir – 2027-ci il 20 aprel, 2027-ci il 20 oktyabr, 2028-ci il 20 aprel, 2028-ci il 20 oktyabr, 2029-cu il 20 aprel və 2029-cu il 20 oktyabr tarixlərində həyata keçiriləcək. Əsas məbləğin ödəniş tarixi isə 2029-cu il 20 oktyabr olaraq nəzərdə tutulub.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlər buraxılışın maksimum 20%-i həcmində qəbul edilə bilər.
Sifarişlərin həcmi hərraca çıxarılmış istiqrazların 20%-dən az olarsa, Emitent (Maliyyə Nazirliyi) bu sifarişləri qəbul etməmək hüququna malikdir.
Tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, təklif edilən istiqrazların həcmi 100 faizədək artıra bilər.
Qeyd edək ki, qiymətli kağızın İSİN kodu AZ0201240089 olaraq müəyyənləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Oktyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















