Malyariya parazitinin zəif nöqtəsi tapıldı
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elm adamları malyariya parazitinin "zəif nöqtəsini" tapıblar
Nottinqem Universitetinin tədqiqatçıları malyariya parazitinin çoxalması və ötürülməsi üçün həyati əhəmiyyət kəsb edən xüsusi bir zülal aşkar ediblər. Söhbət "Aurora-related kinase 1" (ARK1) molekulundan gedir ki, onsuz xəstəlik törədicisi öz həyat dövrünü tamamlaya bilmir. Tədqiqatın nəticələri nüfuzlu "Nature Communications" jurnalında dərc olunub.
Mütəxəssislər malyariya plazmodisinin bölünmə xüsusiyyətlərini öyrənərkən maraqlı faktlar üzə çıxarıblar. İnsan hüceyrələrindən fərqli olaraq, bu mikroorqanizm qeyri-adi üsulla çoxalır. Məlum olub ki, ARK1 zülalı genetik materialın parazitin yeni hüceyrələri arasında paylanmasını təmin edən molekulyar mexanizmdə əsas rol oynayır.
Laboratoriya şəraitində aparılan sınaqlar zamanı alimlər ARK1 zülalını bloklayıblar. Nəticədə parazitlər normal bölünmə qabiliyyətini itirib, replikasiya prosesi pozulub və orqanizmin inkişafı tamamilə dayanıb. Beləliklə, həmin zülal olmadan plazmodi nə insan orqanizmində, nə də xəstəliyi daşıyan ağcaqanadlarda həyat dövrünü başa vura bilməyib.
Tədqiqat müəllifləri vurğulayırlar ki, malyariya plazmodisindəki ARK1 zülalının strukturu insan hüceyrələrindəki analoji zülallardan əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərq insan hüceyrələrinə zərər vermədən birbaşa parazitə təsir edəcək yeni nəsil dərmanların hazırlanması üçün böyük imkanlar açır.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Nottinqem Universitetinin tədqiqatçıları malyariya parazitinin çoxalması və ötürülməsi üçün həyati əhəmiyyət kəsb edən xüsusi bir zülal aşkar ediblər. Söhbət "Aurora-related kinase 1" (ARK1) molekulundan gedir ki, onsuz xəstəlik törədicisi öz həyat dövrünü tamamlaya bilmir. Tədqiqatın nəticələri nüfuzlu "Nature Communications" jurnalında dərc olunub.
Mütəxəssislər malyariya plazmodisinin bölünmə xüsusiyyətlərini öyrənərkən maraqlı faktlar üzə çıxarıblar. İnsan hüceyrələrindən fərqli olaraq, bu mikroorqanizm qeyri-adi üsulla çoxalır. Məlum olub ki, ARK1 zülalı genetik materialın parazitin yeni hüceyrələri arasında paylanmasını təmin edən molekulyar mexanizmdə əsas rol oynayır.
Laboratoriya şəraitində aparılan sınaqlar zamanı alimlər ARK1 zülalını bloklayıblar. Nəticədə parazitlər normal bölünmə qabiliyyətini itirib, replikasiya prosesi pozulub və orqanizmin inkişafı tamamilə dayanıb. Beləliklə, həmin zülal olmadan plazmodi nə insan orqanizmində, nə də xəstəliyi daşıyan ağcaqanadlarda həyat dövrünü başa vura bilməyib.
Tədqiqat müəllifləri vurğulayırlar ki, malyariya plazmodisindəki ARK1 zülalının strukturu insan hüceyrələrindəki analoji zülallardan əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərq insan hüceyrələrinə zərər vermədən birbaşa parazitə təsir edəcək yeni nəsil dərmanların hazırlanması üçün böyük imkanlar açır.
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Malyariya parazitinin ağcaqanadların çoxalmasına təsiri araşdırılıb
26 Avqust 2026 11:48
İsrail alimləri malyariya parazitinin çoxalmasını dayandıra biləcək mexanizm tapıblar
06 Fevral 2026 11:02
Körpələr üçün yeni malyariya dərmanı yaradılıb
21 Avqust 2025 09:34
Beynin zəif nöqtəsi tapıldı
13 İyul 2025 00:49
Baxış sayı:94
Bu xəbər 08 Mart 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















