Icma.az
close
up
RU
Mamdani kimi müsəlman lar müsəlmanlıq adına ləkədir

Mamdani kimi müsəlman lar müsəlmanlıq adına ləkədir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Hər ilin aprelin 24-ü düşmənlərimizin kimliyini tanımaq və məkrli siyasətlərini daha düzgün bəlirləmək baxımından olduqca əhəmiyyətli təqvimdir. Ötən gün Fransa prezidenti Emmanuel Makrondan tutmuş Rusiya lideri Vladimir Putinə qədər dünyanın bir sıra siyasi xadimləri növbəti dəfə 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi, "barbarlıq" kimi təqdim etdilər. Klinton-Obama-Bayden "məktəb"inin yetirməsi olan ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Mamdani də çox təəssüf ki, aprelin 24-də "timsahın göz yaşları"na bələnərək ermənilərin saxta "kədər"inə şərik olanların sırasında yer aldı.
Belə ki, Nyu-Yorkun bu gənc meri “X” platformasında 1915-ci ilin aprelində Osmanlı dövlətinin ermənilərin xəyanətinin qarşısını almaq məqsədilə həyata keçirdiyi məcburi köçürmə siyasətini qəsdən "erməni soyqırımı" kimi təqdim edib və utanmadan tarixi həqiqətlərin təhrifinə yol verib. Mamdani sözügedən paylaşımında yazıb ki, “bu gün "erməni soyqırımı"nın 111-ci ildönümüdür. Osmanlı İmperiyası tərəfindən müasir Türkiyə, Suriya və Ermənistan ərazilərində qətlə yetirilmiş 1,5 milyon ermənini anarkən, tarixin təkrarlanmasına imkan verməməliyik".
Bu da azmış kimi Z.Mamdani, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə də həqiqətdən uzaq fikirlər səsləndirib və bunu da "100 il əvvəl başlamış soyqırımı kampaniyasının davamı" kimi qiymətləndirib: “2020-ci ildə Azərbaycan və Türkiyənin hərbi qüvvələri Dağlıq Qarabağdakı erməni əhalisinə hücum etdi. 2023-cü ildə isə Azərbaycan 100 mindən çox ermənini Dağlıq Qarabağdan qovdu və bununla da 100 ildən artıq əvvəl başlamış soyqırımı kampaniyasını davam etdirdi. Bu anım günündə biz erməni xalqının, eləcə də bütün xalqların azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyin etmə hüququnu bir daha təsdiqləyirik”.
Biz Nyu York merinin bu cür ağ yalanına və siyasi həyasızlığına təəccübləndikmi? Yox, qətiyyən təəccüblənmədik. Çünki necə deyərlər, Mamdaninin zatına-kökünə yaxşı bələdik, onun hansı "yuvanın quşu" olduğunu bilirik. Bu adam ABŞ-ın Demokratlar Partiyasının "mətbəx"ində böyüyüb, onun düşüncələri və siyasi dünyagörüşü Hillari Klinton, Barak Obama, Barni Sanders, Co Bayden kimi tipik liberal-demokratların, radikal solçuların ideoloji təsiri altında formalaşıb. Mamdani sümükdən iliyinə, təpədən dırnağına qədər potensial liberal-solçudur. Bu da o deməkdir ki, onunçün milli və dini kimlik qətiyyən önəmli deyil. Mamdaninin müsəlmanlığı da, şiəliyi də formal bir şeydir. Ona görə də Mamdani üçün erməniçilik Azərbaycan və Türkiyədən daha önəmlidir. Bu dırnaqarası "müsəlman" heç bir vicdan ağrısı hiss etmədən açıq-aşkar erməniçilik edir və Türkiyə ilə Azərbaycanı saxta "soyqırımı"nda ittiham edir, böhtan atır.
Mamdani kimi "müsəlman"lar müsəlmanlıq adına ləkədir. Onun "xaç ata"sı kimi dəyər verdiyi Baydenin yolunu davam etdirərək qondarma "erməni soyqırımı" ifadəsini dilə gətirməsi təkcə Türkiyəyə qarşı deyil, bütün müsəlmanlara qarşı xəyanətdir. Bu mənada xəyanətkar "müsəlman" merin xəyanətkar ermənilərin yanında yer alması əsla təəccüblü deyil. Azərbaycan və Türkiyə başda olmaqla bütün müsəlman-türk dövlətləri Mamdaninin adını "qara siyahı"ya salmalı, onu "arzuolunmaz şəxs" (persona non grata) elan etməlidirlər.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Aprel 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri