Icma.az
close
up
RU
Manatın taleyi... 2030 cu ilə kimi məzənnə siyasəti qeyri neft sektorunun inkişafı ilə uzlaşdırılmalıdır

Manatın taleyi... 2030 cu ilə kimi məzənnə siyasəti qeyri neft sektorunun inkişafı ilə uzlaşdırılmalıdır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq". Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) 2024–2029-cu illər üçün manatın məzənnəsi ilə bağlı proqnozunda bildirib. Proqnoza əsasən, Dollar/AZN məzənnəsi 2025-2029-cu illər ərzində 1,70 səviyyəsində sabit qalacaq, avro isə Azərbaycan manatı qarşısında nisbətən ucuzlaşacaq.Manatın məzənnəsinin sabit qalması ölkə iqtisadiyyatına nə kimi təsiri ola bilər?

Məsələ ilə bağlı Bizimyol.info portalına danışan iqtisadçı-ekspert Famil Niftiyev bildirib ki, 2015-ci ildə baş verən kəskin devalvasiyalardan sonra maliyyə sabitliyini qorumaq üçün ciddi addımlar atıldı: “Manatın məzənnəsinin sabit qalması Azərbaycan iqtisadiyyatının son illərdə əsas prioritetlərindən biri olub. 2015-ci ildə baş verən kəskin devalvasiyalardan sonra ölkə rəhbərliyi və Mərkəzi Bank maliyyə sabitliyini qorumaq üçün ciddi addımlar atdı və nəticədə son 10 ildir ki, 1 ABŞ dolları təxminən 1.70 AZN səviyyəsində sabit saxlanılır. Bu sabitlik ölkə iqtisadiyyatına həm müsbət, həm də bəzi hallarda dolayı təsirlər göstərir.

Sabit məzənnə qiymətlərin kəskin dəyişməsinin qarşısını alır və inflyasiyanın müəyyən dərəcədə nəzarətdə saxlanmasına kömək edir. 2022-ci ildə Azərbaycanda illik inflyasiya 13,9% təşkil etmişdisə, 2023-cü ildə bu göstərici 8,4%-ə qədər azaldı və burada manatın sabitliyinin mühüm rolu oldu. Sabit kurs əhalinin gəlir və xərclərində qəfil şokların yaranmasına imkan vermir, xüsusən də idxaldan asılı bazarlarda qiymətlərin kəskin dalğalanması riskini azaldır”.

Famil Niftiyev

İqtisadçı-ekspert qeyd edib ki, sabit məzənnənin biznes mühitinə təsiri nəzərəçarpandır: “Xarici investorlar üçün məzənnə sabitliyi vacibdir, çünki onlar üçün risklər azalır. Dünya Bankının “Doing Business” hesabatlarında da sabit valyutaya malik ölkələr daha çox investisiya cəlb etmək imkanına malik olur. Azərbaycanın qeyri-neft ixracı 2021-ci ildə 2,7 mlrd. ABŞ dolları idisə, 2023-cü ildə 3,3 mlrd. dollara çatdı. Bu artımda hökumət dəstəkləri ilə yanaşı məhz maliyyə sabitliyi də mühüm amil rolunu oynadı. Sabit məzənnə dövlətin valyuta ehtiyatlarına da təsir edir. 2024-cü ilin əvvəlinə Dövlət Neft Fondunun aktivləri 60,710 milyard ABŞ dollarını ötüb. Bu iri ehtiyatlar Mərkəzi Banka kursu sabit saxlamaq üçün güclü imkan verir. Valyuta ehtiyatlarının yüksək olması həm də beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini “sabit” proqnozla qiymətləndirməsinə səbəb olur”.

Famil Niftiyevin sözlərinə görə, manatın möhkəm qalması xarici bazarlarda Azərbaycan məhsullarının qiymətini nisbətən bahalaşdırır: “Sabit məzənnənin mənfi tərəfi də mövcuddur. Kurs uzun müddət süni olaraq eyni saxlanıldıqda, qeyri-neft ixracatçıları rəqabət üstünlüyünü itirə bilirlər. Məsələn, manatın möhkəm qalması xarici bazarlarda Azərbaycan məhsullarının qiymətini nisbətən bahalaşdırır. Bu isə 2023-cü ildə qeyri-neft ixracının artım tempinin əvvəlki illərlə müqayisədə zəifləməsində özünü göstərdi – əgər 2022-ci ildə artım 23% idisə, 2023-cü ildə cəmi 6% təşkil etdi.

Manatın məzənnəsinin sabit qalması Azərbaycan iqtisadiyyatı üçün makroiqtisadi sabitlik, inflyasiya nəzarəti və investisiya mühitinin güclənməsi baxımından böyük üstünlükdür. Lakin uzunmüddətli perspektivdə kursun sabit saxlanması ixrac rəqabətliliyini zəiflədə bilər. Buna görə də həm bu il, həm də 2030-cu ilə kimi valyuta siyasətində daha çevik yanaşma tətbiq olunmalı, məzənnə siyasəti qeyri-neft sektorunun inkişafı ilə uzlaşdırılmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri