“The Economist : Manatın məzənnəsi 2030 cu ilə kimi sabit qalacaq
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq.
"APA-Economics"in məlumatına görə, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) 2024–2029-cu illər üçün manatın məzənnəsi ilə bağlı proqnozunda bildirib.
Proqnoza əsasən, Dollar/AZN məzənnəsi 2025-2029-cu illər ərzində 1,70 səviyyəsində sabit qalacaq, avro isə Azərbaycan manatı qarşısında nisbətən ucuzlaşacaq. EIU analitikləri hesab edirlər ki, Avro/AZN məzənnəsinin bu il 1,77 manat, gələn il 1,75 manat, 2027-ci ildə isə 1,73 manat səviyyəsinə enəcək. 2028-2029-cu illərdə isə eyni məzənnə ilə ticarət ediləcək.
Ümumilikdə EIU hesab edir ki, məzənnənin sabit saxlanılması Mərkəzi Bankın siyasəti ilə uzlaşır və yaxın illərdə manatın kursunda ciddi dəyişikliklər gözlənilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 19 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















