Mançester Siti Aston Villa nın yarımmüdafiəçisi Morqan Rocersin transferində maraqlıdır
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersin keçidində maraqlıdır.
"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transferi "şəhərlilər" üçün prioritetdir.
Həmçinin İngiltərədən "Arsenal", "Çelsi", Almaniyadan "Bavariya", Fransadan PSJ də oyunçunu heyətinə qatmağa çalışır. "Aston Villa" isə onu komandada saxlamaq niyyətindədir. "Arsenal"ın yarımmüdafiəçi üçün 93 milyon avro ödəməyə hazır olduğu da bildirilib.
Qeyd edək ki, M.Rocers 2024-cü ilin fevralından "Aston Villa"da çıxış edir və müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 55 matçda 14 qol vurub və 12 məhsuldar ötürmə müəllifi olub.
"Transfermarkt" portalı oyunçunun dəyərini 80 milyon avro qiymətləndirir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 01 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















