Icma.az
close
up
RU
“Mançester Siti” əfsanəsi ilə vidalaşdı

“Mançester Siti” əfsanəsi ilə vidalaşdı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya futbolunda qəribə qış yaşanır. Adətən, əfsanələrlə vidalaşma yayda – mövsümün sonunda gerçəkləşir. Bu dəfə isə ilin ilk ayında bir neçə belə hala şahid olduq. Dekabrda Xesus Navas “Sevilya”dan, ümumiyyətlə, idmandan getdi – “Real”la oyunda emosional şəkildə publika ilə vidalaşdı.

İspan futbolçu ilə bağlı vəziyyət aydındı: axı onun 39 yaşı var. Mançesterdə isə vəziyyət çox fərqlidi. “Milan” yanvarın 24-də Kayl Uokeri pulsuz icarəyə götürdüyünü elan etdi. Müqavilədə İtaliya klubunun yayda “Mançester Siti”yə 5 milyon avro ödəməklə müdafiəçini birdəfəlik transfer etmək hüququ da tanınıb. Bu xəbər heç kimi təəccübləndirmədi, Kaylın klubunu dəyişmək arzusu çoxdan bəlli idi.
Transfer çox sakit tərzdə gerçəkləşdi. Baxmayaraq ki, ingiltərəli futbolçu “Siti”nin əfsanəsidi! 7,5 il, 319 oyun, 17 titul, meydanda və ondan kənarda çoxlu parlaq an – Uoker vaxtilə, yəni 2017-ci ildə “Siti”nin “Tottenhem”ə ona görə ödədiyi 52 milyonu artıqlamasıyla doğruldub.
Kayl “Etihad”da fərqli macəralar yaşayıb. Məsələn, sərxoşluq və qadınlar (xüsusən də fahişələr) ilə bağlı qalmaqallar olub. Bəzən əsas heyətdə yerini itirib – 2021/22 mövsümündə heç bir zədəsi olmaya-olmaya? premyer-liqada cəmi 20 oyuna çıxıb. Və bütün bu illər ərzində azarkeşlərdən dəfələrlə tənqid də eşidib.
Bununla belə, Uoker kult futbolçudu. Yalnız premyer-liqa üçün yox. Bilirsiz ki, dünyada təkcə elə bir bacarığı ilə seçilən ulduz çoxdu. Sulşer sonradan oyuna qoşulanda möhtəşəm idi, Bekhem cərimə zərbələri sahəsində ustalaşmışdı. İngiltərəlinin də bir üstün cəhəti var – sürət! Soyadına baxanda nə qədər ironik görünsə də...
Dünya futbolunda sürətli cinah oyunçularının sayı azdı. Mbappe, Vinisius və Obameyanqın adını çəkmək olar. Təxminən ildə bir dəfə media “İngiltərə premyer-liqasının ən sürətli oyunçusunun adı açıqlandı” tipli sərlövhələr yayır. Yazının içində isə mütləq Uokerin adı çəkilməlidi. Onun cinahdakı təkanları hər kəsi heyran edir. Aşağıdakı sitatlara baxın.
“Uoker indiyə qədər gördüyüm futbolçulardan ən sürətlisidi. Çoxları onun nə dərəcədə sürətli olduğunu soruşur, ancaq bunu sözlə ifadə etmək çətindi. Mbappeyə qarşı qoya biləcəyim yeganə futbolçu Kayldı. O möhtəşəm müdafiəçi və bəlkə də Mbappedən sürətli olan yeganə futbolçudu” – Uokerin “Siti”dəki və yığmadakı sabiq komanda yoldaşı Kelvin Fillips.
“İndiyə qədər bizdə olan müdafiəçilərdən ən sərti, sürətlisi və güclüsü” – Pep Qvardiola.
“Mən güclü və sürətliyəm, ancaq o məndən də güclü və sürətlidi. Düşünürəm ki, Uoker hazırda dünyanın ən güclü sağ cinah müdafiəçilərindən biridi” – bu sözləri Eden Azar 2022-ci ilin iyulunda demişdi.
“Hamıdan çox kimə qarşı oynamaq çətin idi? Uokerə! Çünki o sürətli, güclü və ağıllıdı” – Neymar.
“Həmişə dediyim kimi, Uoker indiyə qədər qarşılaşdığım müdafiəçilərdən ən yaxşısıdı, onunla duellər həmişə möhtəşəm alınır” – Vinisius.
“Çox sürəlidi. Ən sürətlidi! Mənim üçün ən sürətlidi” – Usman Dembele.
Uoker zamanla daha bir keyfiyyətə - universallığa da yiyələndi. Əlbəttə, o, əsasən müdafiənin sağında yer alırdı, ancaq üçlü müdafiənin mərkəzində, hətta lateral kimi də oynaya bilirdi. Qvardiola vaxtilə bu haqda belə demişdi: “Erik Abidal və Filipp Lam müxtəlif mövqelərdə oynaya, yeni mövqelərə çox sürətlə uyğunlaşa bilirdilər. Kayl bu planda onlara çox yaxındı”.
İngiltərəli müdafiəçi 2019-cu ilin noyabrında Pepin sözlərini ən qeyri-adi şəkildə təsdiqlədi. Çempionlar Liqasında “Atalanta” ilə oyunun gedişində qapıya keçdi! Ederson fasilədə əvəzlənmişdi, Bravo isə 81-ci dəqiqədə qırmızı vərəqə aldı. Ən maraqlı məqam odu ki, Uoker həmin vaxt heç meydanda deyildi, onu sonradan oyuna qoşdular. Qvardiola qərarını belə izah etmişdi: “Kayl məşqlərdə bəzən qapıçılarla birgə hazırlaşır. Bravo meydandan qovulanda köməkçim mənə dedi ki, Uoker cəsurluğuna və sürətinə görə onun yerini tuta bilər”.
Uoker həmin oyunda seyv etdi və komandası 1:1 hesabını qorudu. Özü də Kayl ÇL-də son üç ildə qapısını toxunulmaz saxlayan ilk ingilis qapıçı oldu. Çox qəribədi, eləmi?!
İlkay Gündoğan “Barselona”ya yollananda sağ cinah müdafiəçisi kapitan sarğısını qoluna keçirdi. Məhz o, tarixi – ardıcıl 4-cü çempionluğu gətirən kuboku başı üzərinə qaldırdı. Ardından yaman gerilədi. Bəlkə də əsas səbəb yaşdı. 34 yaşda artıq həm fiziki hazırlıq, həm də sürət aşağı düşür – Kayl məhz bunların hesabına yüksək səviyyəni qoruyurdu. Bunlarla yanaşı, bütün həlledici göstəricilər pisləşdi. “Siti” də böhran yaşayınca problemlər tam üzə çıxdı. Və əvvəllər Uoker səhvlərini sürət hesabına ört-basdır edirdisə, indi buna qadir deyil. Kayl əzab çəkmək istəmədi, Qvardioladan və klubdan buraxılmasını xahiş etdi.
“Milan” ağıllı seçimdi. 34 yaşlı ingiltərəlinin vərdişləri A seriyasının çərçivəsində uyğun gəlmək üçün bəs edəcək. Həmvətənləri – Abraham, Loftus-Çik, Tomori də yanındadı. Kaylın karyerasının finişinə yaxınlaşdığı aydındı. Parlaq və zəngin karyerasının. Belə futbolçuları qiymətləndirmək çətindi, ancaq çox şey onların çiyinləri üzərinə düşür. Sabitlik, oyun xarizması və parlaq şəxsi keyfiyyətlər Uokeri Qvardiolanın “Siti”sinin rəmzlərindən birinə çevirmişdi. Həmin komandanın isə futbol tarixinin ən yaxşılarından olduğu heç kimdə şübhə doğurmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri