Mançester Siti Fransa millisinin yarımmüdafiəçisini transfer etmək istəyir
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Siti” Rodri və Tixiani Reijndersin ayrılmasından sonra yarımmüdafiə xəttini daha bir futbolçu ilə gücləndirə bilər.
Sportal.az “Daily Mail”yə istinadən xəbər verir ki, İngiltərə klubu yaxın günlərdə “Lill”in yarımmüdafiəçisi Ayub Buaddini transfer etməyə ümid edir. Bundan başqa, “Mançester Siti” “Roma”nın və Fransa millisinin futbolçusu Kuadio Kone ilə də maraqlanır.
Bildirilir ki, “Roma” 25 yaşlı Konéni 60 milyon avro (51 milyon funt) dəyərində qiymətləndirir.
Daha əvvəl Kone ilə bağlı “Mançester Yunayted”in nümayəndələri futbolçunun ətrafı ilə əlaqə saxlayıb. Lakin “Yunayted” sonradan “Brayton”dan Karlos Balebaya yönəlib. Fransa millisinin yarımmüdafiəçisinə “Çelsi” də maraq göstərib.
Bundan əlavə, “Mançester Siti” Enzo Fernandesə marağını qoruyur. “Çelsi” argentinalı futbolçu üçün 120 milyon funtdan çox tələb edir. Fernandes isə məşqçi Enzo Mareska ilə yenidən işləmək istəyir. Lakin “şəhərlilər” London klubunun tələb etdiyi məbləği ödəməyi planlaşdırmır.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Avqust 2026 04:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















