Mançester Siti italyan məşqçini Qvardoilanın yerinə gətirmək istəyir
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Mançester Siti" və Xosep Qvardiola mövsümün sonunda əməkdaşlıqlarını davam etdirib-etdirməyəcəklərini müəyyən etmək üçün vacib görüş keçirəcəklər. Sport24.az xəbər verir ki, bu barədə "Topskills Sports UK" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Qvardiolanın gələcəyi yaxın aylarda əldə etdiyi nəticələrdən asılı olacaq. 2025/26 mövsümü klub rəhbərliyinin gözləntilərinini doğrultmasa, onunla yollar ayrılacaq. Qvardiola yayda komandadan ayrılacağı təqdirdə, "şəhərlilər"in boşalacaq posta namizədi artıq müəyyənləşib. Klub rəhbərliyi italyan məşqçi Enso Mareskanın agentləri ilə əlaqə saxlayıb.
Söylənilənlərə əsasən Mareska "Mançester Siti"də işləməyə hazırdır.
Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Şəhərlilər" 22 oyundan sonra 43 xala malikdir və turnir cədvəlində ikinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 Yanvar 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















