Mançester Siti mövsümə möhtəşəm geri dönüşlə BAŞLADI
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində keçirilən matçda "Mançester Siti" doğma azarkeşləri önündə "Bornmut"u qəbul edib.
Redaktor.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı dramatik qələbəsi ilə başa çatıb.
Matçda hesabı 26-cı dəqiqədə Evanilsonun ötürməsindən sonra Markus Tavernyer açaraq qonaqları önə keçirib. Uzun müddət geridə olan "şəhərlilər" oyunun son dəqiqələrində böyük əzmkarlıq nümayiş etdiriblər.
Meydana sonradan daxil olan Rayan Şerkinin iki həlledici ötürməsi matçın taleyini həll edib:
84-cü dəqiqə: Rayan Şerkinin assistini Mark Qehi qola çevirərək hesabı bərabərləşdirib.
90+1-ci dəqiqə: Rayan Şerkinin növbəti ötürməsindən sonra Yoşko Qvardiol toru silkələyərək "Mançester Siti"yə qələbə gətirən qolu vurub.
Bu nəticədən sonra "Mançester Siti" mövsümə 3 xalla başlayaraq turnir cədvəlinin üst pillələrində yer alıb.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Avqust 2026 02:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















