Mançester Siti rəhbərliyi Qvardiolaya 4 yeni futbolçu ilə dəstək olacaq
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Siti”nin qış transfer pəncərəsi üçün planları məlum olub.
QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Klub rəhbərliyi komandadakı kadr problemindən şikayətlənən baş məşqçi Xosep Qvardiolaya dəstək olacaq. Buna görə də onlar qış transfer pəncərəsində 4 futbolçu alacaqlar. "Mançester Siti" üç müdafəçi və bir hücumçu transfer etməyi hədəfləyib.
Xatırladaq ki, Qvardiolanın komandası bütün turnirlərdə keçirdiyi son 11 matçda 8 məğlubiyyətlə üzləşib. "Mançester Siti" Premyer Liqada 16 görüşdə 27 xal toplayıb və 5-ci yerdədir. Çempionlar Liqasında "şəhərlilər" 6 oyundan sonra 8 xalla 22-ci pillədə qərarlaşırlar.
Bir neçə gün əvvəl isə Qvardiola açıqlama verərək komandada futbolçu azlığından şikayətlənib. O, zədələnən əsas heyət oyunçularını əvəzləyə biləcək futbolçularının olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















