Icma.az
close
up
RU
“Mançester Siti”dən ayrılır Türkiyə nəhəngləri hərəkətə keçdi

“Mançester Siti”dən ayrılır Türkiyə nəhəngləri hərəkətə keçdi

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Siti"dən mövsümün sonunda ayrılacağını açıqlayan dünya şöhrətli belçikalı futbolçu Kevin De Bruyne ilə bağlı gözlənilməz inkişaf baş verib. Superliqa nəhəngləri "Fənərbağça" və "Qalatasaray"ın adları onunla yanaşı çəkilərkən, daha bir sürpriz klub transfer üçün hərəkətə keçib.

Milli.Az xəbər verir ki, De Bruyne sosial şəbəkədə yayımladığı emosional mesajla "Mançester Siti"yə vida etdiyini təsdiqləyib:

"Bu, mənim 'Siti'dəki son aylarım olacaq. Bu şəhər, bu klub, bu insanlar mənə hər şeyi verdi. Hər hekayənin bir sonu var. Amma bu, şübhəsiz ki, ən yaxşı hissə idi."

Transfer xəbərləri ilə gündəmə gələn De Bruyne ilə "Fənərbağça" və "Qalatasaray"ın maraqlandığı bildirilir. Hətta mediada yayılan məlumatlara görə, "Qalatasaray" artıq futbolçunun nümayəndələri ilə ilkin təmas qurub.

Lakin Türkiyə klublarından öncə hərəkətə keçənlər də var. İngiltərə mətbuatının yazdığına görə, "Çelsi" ulduz futbolçunun agenti ilə görüşərək, onu növbəti mövsüm üçün əsas transfer hədəfi elan edib. Eyni zamanda "Aston Villa" da danışıqlara başlayıb və De Bruyne transferini mövsümün sonunda rəsmiləşdirmək üçün ciddi səy göstərir.

33 yaşlı futbolçu bu mövsüm "Mançester Siti"nin heyətində 35 matçda 5 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolsevərlər indi böyük maraqla De Bruyne-nin növbəti dayanacağını gözləyir.

Fidan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri