Mançester Yunayted də qənaət dövrü başladı Geyimləri futbolçular özləri yuyacaq
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərə nəhəngi "Mançester Yunayted" iqtisadi vəziyyətinə görə gözlənilməz qənaət tədbirləri görməyə başlayıb.
Fanat.Az xəbər verir ki, klubun həm uşaq komandaları, həm də inzibati heyət üçün qəbul etdiyi yeni qərar sosial mediada böyük müzakirə yaradıb.
İddialara görə, MY-nin U-13 komandası "Everton"la oyuna kifayət qədər şort və idman corab olmadan çıxıb. Gənc oyunçuların matça "Everton" futbolçularından corab və şort alaraq matça çıxdığı bildirilir.
Bundan əlavə, "The Athletic"in xəbərinə görə, klub rəhbərliyi yeni xərcazaldıcı tədbir həyata keçirib. Qərar belədir:
“Ruben Amorim, onun köməkçiləri və əsas komanda futbolçuları istisna olmaqla, bütün digər işçilər - akademiya məşqçiləri, gənc oyunçular və inzibati heyət - geyindikləri forma, şort, corab, məşq geyimlərini evdə özləri yuyub gətirəcəklər.”
Bu qərarın məqsədi klubun illik təmizlik və avadanlıq xərclərini azaltmaqdır. Lakin sosial mediada azarkeşlər bu addımı “dünyanın ən zəngin klublarından biri üçün utancverici vəziyyət” adlandırıblar.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Oktyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















